Zilhiccə ayının ilk 10 gününün ən yaxşı əməlləri
Hicri qəməri ilinin ən bərəkətli və üstün günlərindən sayılan Zilhiccə ayının ilk on günü, özünün məxsus əməlləri ilə seçilir.

Zilhiccə ayının ilk 10 gününün ən yaxşı əməlləri
Hicri qəməri ilinin ən bərəkətli və üstün günlərindən sayılan Zilhiccə ayının ilk on günü, özünün məxsus əməlləri ilə seçilir. İslamın ən böyük iki bayramı Qurban və Qədirxum bayramı məhz bu aydadır. Həmçinin məşhur Ərəfə günü də bu aya təsadüf etmişdir.
Zilhiccə ayının ilk ongünlüyünün üstünlüyü və ən yaxşı əməlləri
Zilhiccə ayı Hicri qəməri ilinin ən axırıncı ayı olmaqla bərabər, bu ay dua, ibadət, həcc və haram aylardan biri kimi tanınır. Bu ayın bərəkəti, Allah yanında üstünlüyü olduqca çoxdur. Beləki, inanclılar bu fürsətdən istifadə etməli və öz həyat yaşamlarını İslamın istədiyi kimi qurulması üçün səy etməlidirlər. Ayın əməlləri sırasında namaz, zikr və mübarək Qurandan surələr yer almaqdadır.
Zilhiccə ayının üstünlüyü
Hədislərdə, Quranın "Fəcr" surəsinin ilk ayələrinin bu ayın ilk on günü barədə olması qeyd edilmişdir. Gecələrinə and içilmiş bu ayın ilk ongünü, onun olduqca əzmətindən xəbər vermiş olur.[1]
Peyğəmbərimiz (s) isə, bu ayda edilmiş ibadət və yaxşı işərin Allah qatında nə qədər üstün tutulduğu digər aylarla müqayisədə daha dəyərli olmasınını buyurmuşdur.[2]
Dinimizin böyük şəxsiyyətləri də, bu ayın məxsusən ilk gecələrinin üstünlüyünu qeyd etmişlər.[3]
Bu ayın gündüzlərinin də daha üstün olmasına şahid kimi " Həcc " surəsinin 28- ci ayəsində buyurulan "Məlum günlər"-də Allahın yad edilməsi göstərişi gətirilmişdir.[4]
Ongünlükdə ediləcək bəzi əməllər
1.Namaz
İmam Sadiq (ə)-dan bu haqda belə buyurlumuşdur:
Hər gecə Məğrib və İşa namazları arasında iki rəkət tərk olunmasın. Hər bir rəkətdə "Həmd" surəsi və " ixlas " surəsi oxunduqdan sonra bu ayə də oxunulsun:
وَ وَاعَدْنَا مُوسَی ثَلاَثِینَ لَیْلَةً وَ أَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِیقَاتُ رَبِّهِ أَرْبَعِینَ لَیْلَةً وَ قَالَ مُوسَی لأَخِیهِ هَارُونَ اخْلُفْنِی فِی قَوْمِی وَ أَصْلِحْ وَلاَ تَتَّبِعْ سَبِیلَ الْمُفْسِدِینَ.
Oxunuşu:
" Və vəədnə Musə sələsinə ləylətən və ətməmnəhə biəşrin fətəmmə miqatu rabbihi ərbəinə ləylətən və qalə Musə liəxihi Harunə uxlufni fi qəvmi və əslih və la təttəbi səbilə-əl mufsidin.[5]
Tərcüməsi:
" Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu. Musa qardaşı Haruna dedi: " Sən tayfam içində mənim xəlifəm ol, islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə getmə. "
Hər kəs belə edərsə hacıların savabında və onların həcc əməllərində şərik olar.[6]
2.Oruc tutmaq
İmam Kazim (ə) belə buyurub:
Hər kəs zilhiccə ayının ilk doqquz gününü oruc tutarsa, Allah onun bütün ömrü boyu tutacaq orucunun savabını ona verər.[7]
3." Fəcr " surəsini oxumaq
[1] Qummi təfsiri, c.2, səh.419
[2] İqbal, səh 317
[3] Zad-ul Məad, səh. 240
[4] Misbah-ul mütəhəccid, səh.671
[5] Əl-Əraf, 142
[6] İqbal, səh.317
[7] Zad-ul Məad, səh. 240
Hazırladı: KatiB
yenivaxt.com