Əhli sünnə alimləri İmam Hüseynə (ə) yas saxlanılması haqda hədis nəql ediblərmi?
Baxmayaraq ki, Əhli-sünnə alimləri məsum İmamlardan (ə) İmam Hüseynin (ə) əzadarlığının əhəmiyyəti barədə hədis nəql etməmişlər, lakin İmam Hüseynin (ə) şəhid ediməsi barədə

Əhli sünnə alimləri İmam Hüseynə (ə) yas saxlanılması haqda hədis nəql ediblərmi?
İmam Hüseynin (ə) müsəlmanlar arsında Peyğəmbərin (s) əziz övldalarından biri, Əhli-beytdən (ə) olması, "behişt cavanlarından" biri kimi tanınması barədə heç bir şübhə yoxdur. Bu açıq-aşkar Quran ayələri ilə də uyğundur. Hətta onlara məhəbbətin vacib olması da məhz Quran ayəsində buyurulmuşdur[1]. Eləcə də, bu məhəbbətin Əhli-sünnə mənbələrində qeyd olunan hədislərdə yer alması məlumdur[2].
Baxmayaraq ki, Əhli-sünnə alimləri məsum İmamlardan (ə) İmam Hüseynin (ə) əzadarlığının əhəmiyyəti barədə hədis nəql etməmişlər, lakin İmam Hüseynin (ə) şəhid ediməsi barədə Peyğəmbərin (s) mübarək dilindən hədislər nəql etmişlər[3]. Eləcə də, "Aşura günü"-nün baş verməsi haqda hədislər yazılmışdır[4]. Bir çox Əhli-sünnə alimi bu matəmin olması və onun danılmaz bir hadisə kimi qələmə alaraq özlərinin də bu əzada iştirak etməsi danılmaz bir faktdır[5].
Məlum olduğu kimi, özünü Əhli-sünnə məzhəbindən sayan azğın "Vəhhabi" firqəsi öz fətvalarında bu mərasimlərin qadağan edilməsi göstərişini vermişdir. Təbbi ki, bu heçdə indiki dövrümüzə təsadüf etmir. Beləki, Peyğəmbər (s) və Onun pak Əhli-beytinə (ə) qarşı zülümlər etmiş Həccac ibn Yusif kimi cinayətkarların zamanında da, bu qadağalar qoyulmuşdur[6].
Hazırladı: KatiB
yenivaxt.com
[1] Şura surəsi, 23-cü ayə
[2] Carullah Muhəmməd ibn Ömər Zəməxşəri, Həşşaf, c.4, səh 220
[3] Əhməd İbn Hənbəl, Müsnəd-i Əhməd, c.3, səh. 242
[4] Cəlaləddin Siyuti, əd-Dürr-ül Mənsur
[5] Səidəddin Məsud ibn Ömər Təftazani, Şərh-i Məqasid fi-elm-il kəlam, c.2, səh. 307
[6] Saleh əl-Vərdani, əş-Şiətu fi Misrin, səh.34