"Ənkəbut" surəsinin 46-cı ayəsi İslamla Xristianlığın qarşılıqlı əlaqəsini ifadə edir

Livanlı xristian yazıçı Mişel Kədi, Quran və İncilin bizdən ilahi yolda getməyi tələb etdiyini vurğulayaraq deyib: "Quran İslam və Xristianlığın qarşılıqlı əlaqəsinə işarə edir. Bu məsələ "Ənkəbut" surəsinin 46-cı ayəsində vurğulanır."

"Ənkəbut" surəsinin 46-cı ayəsi İslamla Xristianlığın qarşılıqlı əlaqəsini ifadə edir

yenivaxt "İQNA", saytına istinadən xəbər verir ki, Livanlı xristian mütəfəkkir, yazıçı və ədib Mişel Kədi, ərəb dünyasının dəyərli yazıçılarından biridir. Onun Əhli-beytə (ə) və İmamlara (ə) xüsusi sevgi və bağlılığı vardır. O, İmamların həyatına dair 12 cildlik kitab yazmışdır.

O, həm də İslam və Xristianlıq arasında qarşılıqlı əlaqənin zəruriliyi üzrə ekspertdir. Quran və İncillə tanışlıq müsəlmanlara və xristianlara sülh içində həyat sürməyə kömək edər.

Mişel Kədi, bildirib ki, Quran və İncil bizdən ilahi yolda getməyi tələb edir. Bu iki kitabdan ruhumuzu ilahi eşqlə işıqlandıracaq məzmunları çıxarmalıyıq.

Quran İslam və Xristianlığın qarşılıqlı əlaqəsindən bəhs edir. Bu baxımdan Qurani-Kərimdən müsəlmanların xristianlarla qarşılıqlı əlaqəsini vurğulayan bir ayə ağlıma gəlir ki, Allah buyurub: "Kitab əhli ilə zülm edənləri istisna olmaqla, yalnız ən gözəl bir tərzdə mücadilə və mübahisə edin. Deyin: Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz ona təslim olanlarıq." (Ənkəbut surəsi ayə 46)