Ərbəin Quran layihəsinin iştirakçılarına Kərbəlada hədiyyələr verilib

İmam Hüseynin (ə) müqəddəs hərəmində Ərbəin yürüşündə Həmd surəsinin düzgün qiraətinin öyrədilməsi layihəsinin iştirakçıları üçün mərasim keçirilib.

Ərbəin Quran layihəsinin iştirakçılarına Kərbəlada hədiyyələr verilib

"İQNA", "Qaf" xəbər agentliyinə istinadən xəbər verir ki, Ərbəin ziyarətinin Quran layihəsinin iştirakçılarına təşəkkür üçün keçirilən mərasimdə, müxtəlif böyük şəxsiyyətlər iştirak edib.

Bu mərasim Qurani-Kərimin tilavəti ilə başlayıb. Daha sonra Quran Dərnəkləri və Toplantıları Birliyinin baş katibi əd-Dəriinin çıxışı olub. Bundan sonra Bəsrə və Kərkük şəhərlərinin bir neçə tanınmış iraqlı qariləri Qurani-Kərimdən ayələr oxuyublar.

Mərasimin sonunda Quran dərnəkləri və bu Quran layihəsində iştirak edən əyalətlər, o cümlədən Bəsrə, Meysan, Əl-Musənna, Diyalə, Kərkük və Səlahəddin vilayətlərinə təşəkkür edilərək hədiyyələr verilib.

yenivaxt.com