Əsəblərin sakitləşdirilməsi metodu

Əsəblərin sakitləşdirilməsi metodu

Müasir zamanın qlobal problemlərindən biri də əksər insanların əsəbi və aqressiv olmalarıdır. Görürsən ki, daim narahatdırlar və öz əsəblərindən şikayətçidirlər. Öz əsəblərinə hakim ola bilmirlər və tez özlərindən çıxırlar, insanları acılıyırlar. Xüsusən də ailələrdə tez-tez əsəblər gərilir. Ona görə də insanlar əsəblərini cilovlamaları üçün çıxış yolu axtarırlar.
Ümumiyyətlə insanların əsəbləşməsinin müxtəlif səbəbləri ola bilər və həmin səbəbləri tapıb, aradan qaldırmaq lazımdır. Biz insanların əsəblərini cilovlamaları üçün 12 İmamın ehtiramına 12 qayda qeyd edirik:
1. Gününüzü gəzinti ilə başlayın. Gününüzü gəzinti və yüngül idman hərəkətləri ilə  başlamaq əhval-ruhiyyəni yaxşılaşdırır, bədən hormonlarını tənzimləyir, bədən funksiyası üçün daha çox oksigen alır və beləliklə beyin fəaliyyətini yaxşılaşdırır, depressiyanı aradan aparır.


2. Tənbəllik və hərəkətsizlik insanların şəkərli diabet, xərçəng, ürək-damar xəstəlikləri və piylənmə kimi bir çox xəstəlikdən əziyyət çəkməsinə səbəb olur ki, bu da insanın ətrafı və ailə üzvləri üçün əsəb, qəzəb, depressiya və müxtəlif problemlərə səbəb olur.


3. İdmanla məşğul olun: İdman etmək, sizin stressinizi azaldacaq və zehninizi sakitləşdirəcək.


4. Mütəxəssislər insanlara stressli, əsəbi və narahatlıq zamanı piyada gəzməyi və təmiz hava almağı tövsiyə edirlər. Çünki bu cür etmək əsəbləri sakitləşdirər.


5. Əsəbli olduğunuz zaman əgər ayaq üstdəsinizsə, oturun. Əgər oturan haldasınızsa, uzanın. Bu cür etməyiniz, əsəblərinizin sakitləşməsinə səbəb olacaq.


6. Böyük insanlara təbii olaraq gecə 7-8 saat yuxu lazımdır. Bəzən az yatan insanlar çox əsəbi olurlar.


7. Qəzəbli, narahatlı və kədərli anlarınızda danışmazdan əvvəl onu kağıza yazın. Bu üsul, xüsusən mübahisələrdə gərginliyin qarşısını ala bilər və hətta gələcəkdə dilə gətirdiyiniz sözlərə görə peşmançılığınızın qarşısını alacaq. 


8. Siz hisslərinizi kağıza yazmaqla zehninizi narahat edici fikirlərdən boşaldacaqsınız. Ona görə də yazmaq usulu hisslərinizi idarə etmək üçün ən yaxşı usullardan biridir.


9. Dərindən nəfəs alın: Əsəblərinizin sakitləşməyi üçün heç nə düşünmədən səsizcə bir neçə dəfə dərindən nəfəs alıb-verin. Bu cür etməklə əsəbləriniz sakitləşəcək.

10. Əsəbli olmağınızın səbəblərini tapın və aradan qaldırın. Məsələn ola bilsin hər hansı bir amil sizin əsəbləşməyinizə səbəb olur. Çalışın həmin amillərdən uzaqlaşın və sizi əsəbləşdirən amillər barədə düşünməyin, fikrinizi ondan yayındırın ki, əsəbləriniz pozulmasın.


11. Mümkündür Dünya həyatı istədiyiniz kimi dövr etməsin və bunu qəbul edin: İnsanların davranışı sizi əsəbiləşdirirsə ya bunu olduğu kimi qəbul edin və ya görməməzliyə vurun. İnsanların həyatdan anlayışı fərqlidir.


12. Unudun və bağışlayın
Bağışlamağın faydaları yalnız sizə deyil, qarşı tərəfə də müsbət təsir bağışlayır. Başqalarının səhvlərini unudun və zehninizi mənfi düşüncələrdən azad edin ki, qəzəbdən azad olasınız.

İlahiyyatçı-Psixoloq Ramil Əmirov

yenivaxt.com