Əsrin İmamının (ə.f)Mövlud günü

Əsrin İmamının ( ə. f ) Mövlud Günü
Hər il olduğu kimi, yenə də bu il universitetimiz Aləmlərə Höccət olan, Böyük Qurtuluşa Vəd olunmuş kəsin doğum gününü qeyd etdi. Bu heç də adi bir gün deyil. Qəlbində ümüdə həsrət qalan, ümüdü hər yerdən qırılmış, çarə yeri tükənmiş kəslər bu günlə şadlıq tapar, sevinərlər. Bu bizim əqidə və etiqadımzdır. Belə ki, Mütəal Allah müqəddəs kəlamında O həzrətin gəlişini belə bəyan edir :
وَ نُريدُ أَنْ نَمُنَّ عَلَى الَّذينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَ نَجْعَلَهُمْ أَئِمَّةً وَ نَجْعَلَهُمُ الْوارِثينَ [1]
" Biz istədik ki, o yerdə zəiflərə mərhəmət göstərək və onları imam, varis edək "
Azərbaycan xalqı əsrlərdir bu irsi qoruyub saxlamış və öz həqiqi İslam etiqadı üzərində möhkəm dayanmışdır. Biz, müasir gənclər, əqlin dərk etdiyi, Muhəmməd (s) peyğəmbərin bizə dedikləri ilə təsdiqlədiyi İslamın göstərişlərinə əməl etdiyimiz kimi, hal – hazır ki, dövrümüzə kimi aramızda yaşayan, Mövlamız, İmamımız, Mehdinin (ə.f ) zühürunu da, gözləyir və yer üzünün zülmlə dolduğu vaxt da, Onun yer üzünü həqiqi səadət və xoşbəxtliyə çevirəcəyinə qəlbən inam gətiririk.
Baxmayaraq ki, düşmən hər cür mənfur niyyəti ilə, bu həqiqəti insanlardan gizlədir və biz cavanlar arasında ümüdsizlik toxumlarını səpir, bizə puç və xəyallarla dolu arzuları vədə verərək, şeytan və onun nökərlərinə qulaq verməyimizə vadar edir. Amma onlar düşünmürlər ki, Allah bütün yer üzünü haqq - ədalətlə dolduracaqdır, hərçənd, düşmənlər istəməsələr belə.
Beynəlxalq Əl- Mustafa Universiteti, Təbriz Mərkəzi
Qələm sahibi : katib
[1] Qəsəs surəsi, 5 - ci ayə
yenivaxt.com