Ariflərdən namaz tövsiyəsi
Ariflərdən namaz tövsiyəsi

Az.shafaqna.com: Mərhum Ayətullah Behcət ustadı Ayətullah Qazi Təbatəbaidən bu cür nəql edir: “Vacib namazları vaxtında qılıb ali dərəcələrə çatmayan məni lənətləsin”.
Mərhum Seyid Haşim Rəzəvi Hindi isə öz ustadı barədə deyir: “Bir gün mənəvi yola yeni başlayan birini ustadın yanına gətirdilər. Ustad ona namazları vaxtında qılmağı tövsiyə etdi.”
Ayətullah Qazi Təbatəbai buyurur: “Namazı bazara çevirməyin. Xuzu və xuşu ilə əvvəl vaxtında qılın. Namazı qorusanız, hər şeyiniz qorunar. Namazdan sonra Xanım Zəhranın (s) zikri və ayətəl-kürsini unutmayın.”
Nəticə olaraq demək olar ki, böyük məqamların iddiasında olanlar sadə və hamımız üçün adiləşmiş namaza xüsusi diqqət edərək məqsədlərinə nail ola bilərlər.