Qəm yoldaşı

Meysəm o gündən sonra, həmin ağacın yanına tez-tez gələr, namaz qılar və o ağaca üzünü tutub belə deyərdi: " Sən necədə xoşbəxtsən! Mən sənin üçün yaradılmışam. Sən mənə görə bar verirsən. "

Qəm yoldaşı

Qəm yoldaşı

Bəni-Əsəd qəbiləsinin xanımlarından birinin qulu olan Meysəm, Hz. Əmir-əl Mömininin (ə) vasitəsilə azad edildi.

Hz. Əli (ə) ondan adını soruşduqda belə dedi: " Adım Salimdir".

Həzrət (ə) buyurdu : " Allahın Peyğəmbəri (s) mənə xəbər vermişdi ki, atan və anan səni " Meysəm " deyə adlandırırlar". Meysəm cavab verdi: " Allah və Onun Peyğəmbəri (s) doğru buyurub. Ey Möminlərin Əmiri! Sizdə doğru söylədiniz. And olsun Allah adım elədir".

Hz. Əli (ə) buyurdu: " Bəs elə isə, Peyğəmbərin (s) səni adlandırdığı kimi özünü o adla adlandır". Beləki o, özünü həmin adla adlandırdı və künyəsini də " Əbul Qasim " qoydu.

Həzrət Əli (ə) bir gün Meysəmə belə söylədi: " Məndən sonra səni bəlalar gözləyir. Gün gələcək səni dara asacaqlar, o halda səni vurub, əzab verəcəklər, dara asıldığın üçüncü gün isə, ağzından gələn qan saqqalını boyayacaq. O günü gözlə ki, asıldığın ağac Əmr ibn Hərisin qapısındadır. Sən ondan asılanlardan 10-su olacaqsan. Gəl sənə o ağacı göstərim".

Meysəm o gündən sonra, həmin ağacın yanına tez-tez gələr, namaz qılar və o ağaca üzünü tutub belə deyərdi: " Sən necədə xoşbəxtsən! Mən sənin üçün yaradılmışam. Sən mənə görə bar verirsən. "

Bir müddət sonra o ağacı kəsdilər, Meysəm isə, həmin o ağacdan asıldığı yeri tanıyırdı[1].

Yenivaxt.com

Hazırladı: KatiB

[1] İrşad, (Rəsuli Məhəllatinin tərcüməsi), c.1, səh.324