Ayətullah Əlirza Ərafi Roma Papası ilə görüşüb

İranın Dini Elmlər hövzələrinin müdiri Ayətullah Əlirza Ərafi İtaliyaya səfəri zamanı Vatikanda Roma Papası Fransisk ilə görüşüb.

Ayətullah Əlirza Ərafi Roma Papası ilə görüşüb

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, tərəflər dinlər arasında qarşılıqlı əlaqənin və sinerjinin qorunub saxlanmasının, eləcə də dünyada məzlum insanlara qarşı zülm və cinayətin pislənməsinin vacibliyini vurğulayıblar.

Ayətullah Ərafi elmi mərkəzlərin və din xadimlərinin dəvəti ilə İtaliyada səfərdədir.

Papa tərəfindən çox isti və səmimi qarşılanan İranın dini elmlər hövzələrinin müdiri, müasir insanın intellektual, mədəni və sosial problemlərini həll etmək üçün ilahi dinlər arasında qarşılıqlı əlaqə üçün İslam, şiəçilik və dini elmlər hövzələrinin intellektual və dərketmə imkanlarını vurğulayıb.

Dini Elmlər Hövzələrinin Ali Şurasının üzvü müasir bəşəriyyətin ən mühüm problemlərindən bəzilərini sadalayaraq, deyib: "Allaha inam və onu  tanəmaqda tərəddüd, mənəviyyatın və qeyb aləminə bağlılığın azalması, ailənin əsaslarının və qadınların rolu və mövqeyinin zəiflədilməsi, millətlərə qarşı sanksiyalar və təzyiqlər, aclıq və yoxsulluq, ətraf mühitin məhv edilməsi və iqtisadi güclərin ona etinasızlığı və ekstremizmin genişlənməsi yeni dövrün ən böyük çağırışlarından və böhranlarındandır ki, ilahi dinlərin təsirli rolu olmadan, onlara qalib gəlmək mümkün deyil və dini elmlər hövzələri beynəlxalq elmi-dini qurumlar, o cümlədən də Katolik kilsəsi ilə qarşılıqlı əməkdaşlığa hazırdır". 

Ayətullah Ərafi İslam və Əhli-Beyt (ə) təlimlərini fiqhi, hüquqi, əqli, fəlsəfi, irfani və kəlami maariflərin dərin xəzinələri hesab edib; Hansı ki, dini elmlər hövzələrinin tarixi irsi olaraq, bu gün bəşəriyyətin ehtiyaclarını ödəyə bilər və şiə və müsəlman auditoriyadan başqa qlobal miqyasda dini və insani auditoriyaya malik ola, dini və beynəlxalq anlayışların, qarşılıqlı təsirlərin və sinerjilərin əsasınə təşkil edə bilər. 

yenivaxt.com