AZƏRBAYCANLILAR ÖZ TARİXİNİ YALAN İDDİALAR QARŞISINDA QORUMALIDIR
Azərbaycan tarixinin düzgün şəkildə çatdırılması alimlərin vəzifələrindən biri və İran tarixinin mühüm bir hissəsinin aydınlaşdırılmasıdır

AZƏRBAYCANLILAR ÖZ TARİXİNİ YALAN İDDİALAR QARŞISINDA QORUMALIDIR
Ali Məqamlı Rəhbər azərbaycanlıların, o cümlədən Təbriz və Ərdəbil camaatının hərəkatının Səfəvilər dövrünün əvvəllərində İranı qarşıdurmalar və mülkədarçılıqdan qurtuluşuna əsas amil hesab edərək bildirdi: O tarixi hərəkat İranı müstəqil və vahid hökumət altında birləşdirdi. Elə buna görə də, İranın vəhdət və birlik bayrağı azərbaycanlıların əlindədir.
O, Azərbaycan tarixinin düzgün şəkildə çatdırılmasını alimlərin vəzifələrindən biri və İran tarixinin mühüm bir hissəsinin aydınlaşdırılması adlandırıb və deyib: “Tənbaku” və “Məşrutə” həraktında da bu xalq, öz iman və müqavimət gücünü göstərdi. Bu özünü inqilabın qələbəsində, müqəddəs müdafiədə, sonrakı onilliklərin hadisələrində də və eləcə də bu yaxınlarda baş verənlərdə də böyük uzaqgörənliklə və möhkəm iradəylə meydanda olmuşdur.
Həzrət Ayətullah Əl-Uzma Xamenei, Azərbaycanı mədəniyyət baxımdan ölkənin qərb sivilizasiyaı və mədəniyyət mərkəzi adlandıraraq, bu regionun mədəniyyət və incəsənət xadimlərini xatırladaraq deyib: Bu məşhur simaların ölkə ədəbiyyatı və mədəniyyətinə verdiyi əvəzsiz xidmətləri saymaqla bitməz.
"29 bəhmən" münasibətilə tərizlilərlə görüşdən
yenivaxt.com