Bakı

Bakı

Keçirib dərd qubarla iyirmi Yanvarı Bakı,
yazıb azadlığı qan ilə gecə yarı Bakı.

Duşmən ilə çıxaraq, üzbə-üz o anlarını,
təki azad vətən olsun, axıdıb qanlarını,
verib azadlığı uğrunda şirin canlarını,
Ki, ucalsın göyə fəxr ilə iftixarı Bakı,
Keçirib dərd qubarla iyirmi Yanvarı Bakı,
Yazlb azadlğı qan ilə gecə yarı Bakı. 

Boyanıb öz qanına, matəmə qərq oldu vətən,
çəkərək ah ilə nalə, saçını yoldu vətən,
görüb bu haləti qəlbində qanla doldu vətən,
Azəribaycanımın, qol budağı barı Bakı,
Keçirib dərd qubarla, iyirmi Yanvarı Bakı.
Yazıb azadlığı qan ilə, gecə yarı Bakı,

Var Mubariz kimi evladı ki, abad yaşasın,
verərəm canımı uğrunda vətən şad yaşasın,
olmasın minnət Azərbaycanım azad yaşasın,
həm sədəfdi, həmi dürdü, həmi mirvarı Bakı.
Keçirib dərd qubarla iyirmi Yanvarı Bakı.
Yazıb azadlığı qan ilə gecə yarı Bakı.

Gözüm ilə görərək, şahidi oldum nələri,
duşmənin başımız üstündə süzən qəlpələri,
vəhşətə saldı, hər evlərdə yatan körpələri,
O, Fəlakətləri gördü odlar diyarı Bakı,
Keçirib dərd qubarla, iyirmi Yanvarı Bakı.
Yazıb azadlığı qan ilə gecə yarı Bakı.

Şeytanın fitnəsi ilə bizi, insan sürüdü,
əzərək hər cəsədin, üstünə tanklar yürüdü,
əli yalın qalan bu, milləti dəhşət bürüdü,
dili azadlıq idi, qəlb evi şüarı Bakı
Kecirib dərd qubarla,iyirmi Yanvarı Bakı.
Yazıb azadlığı qan ilə gece yarı Bakı.

Yada salmaqda məqsədim budu, keçmiş dünəni,
ey vətən evladı var ol, yaşadırsan vətəni,
tapşırıb torpağa, son mənzilə cansız bədəni,
qaldırıb əllərin yalvardı göyə, sarı Bakı.
Keçirib dərd qubarla iyirmi Yanvarı Bakı.
Yazdı azadlığı qan ilə gecə yarı Bakı.

Qanı axdıqca itirmiş halını taqətini,
güllə dəydigcə artıran, zülmün şiddətini,
içərək son nəfəsində, şəhidlik şərbətini,
al qərənfillər ilə düzdü, çəmənzarı Bakı.
Keçirib dərd qubarla iyirmi Yanvarı Bakı,
Yazıb azadlığı qan ilə, gecə yarı Bakı.

Taptaq altında qalıb,solmayaraq torpağımız,
xilas olsun, nəfəs alsın daşımız, həm dağımız,
ucala daima göylərdə uca, bayrağımız,
Seyyida  duşdü  nə  haldan-hala   rüzgarı Bakı.
Keçirib  dərd  qubarla  iyirmi Yanvarı  Bakı.
Yazdı  azadlığı  qan ilə gecə yarı Bakı.

                MirCabir

                yenivaxt.com