Beyrutda Sərdar Süleymaninin ikinci ildönümü münasibətilə poetik toplantı keçirilib

Beyrutda Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadətinin ikinci ildönümü münasibətilə "Nəhcüş-Şəhideyn" (iki şəhidin baxışı) adlı poeziya konfransı keçirilib.

Beyrutda Sərdar Süleymaninin ikinci ildönümü münasibətilə poetik toplantı keçirilib

yenivaxt saytı "İQNA" saytına istinadən xəbər verir, iqna saytı da İranın Livandakı Mədəniyyət Şurasına istinadən xəbər verir ki, Konfrans Ədəbiyyat İnstitutu, Livan Şairlər və Yazıçılar Assosiasiyası və Livanın paytaxtı Beyrutdakı İnnovasiya İnstitutu ilə birgə təşkil olunub. Bu konfransda İran İslam Cümhuriyyətinin Livandakı mədəniyyət müşaviri Abbas Xameyar, müqavimət və oyanış sahəsində bir sıra şair və yazıçılar iştirak edib.

Bu konfransda şairlər şəhidlər barəsində şeirlər deyib və natiqlər çıxışlar ediblər.

Qeyd edək ki, Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadətinin ikinci ildönümünə həsr olunmuş "Nəhcüş-Şəhideyn" şeir konfransları silsiləsi yubileydən sonra da davam edəcək. Livan, İraq, Suriya, Yəmən və Fələstində də keçiriləcək.