Bu yazını tələbələr mütləq oxusun!

Bu yazını tələbələr mütləq oxusun!

1. Bir gecə yuxusuz qalmaq 4 günə bərabərdir

Cəmi bircə gecə dostlarla, ya da kitab oxuyaraq, keçirmək bəs edir ki, bütün həftəni məktəbdə akvarium balığı, zombi kimi gəzəsiniz. Seynt Lorens Universitetinin alimləri sübut ediblər ki, yuxusuzluq PDE4 fermentinin aktivləşməsinə kömək edir. Bu ferment isə yadda saxlama prosesini zəiflədir. Neyrofiziloqlar təyin ediblər ki, məhz dərin yuxu fazası zamanı insan simaları, saylar və başqa faktlar yaddaşda möhkəmlənir. Bütöv yuxu beş fazadan ibarətdir. Bu fazaların hər biri 80-90 dəqiqə davam edir. Eksperiment zamanı tam yuxu yatmış yetkin insanların kompüter tapşırıqlarını bir gün əvvəlkindən tez yerinə yetirdikləri məlum olub. Bundan başqa, daha çətin paraqrafları yatmamışdan qabaq oxumaq məsləhət görülür. Yuxu üzrə ekspert Den Teylor deyir ki, bu sayədə səhərlər materialı daha asan yada salmaq mümkündür.

2. Kitabxanada çox oturmayın

Bu, təkcə kitabxanaya yox, tələbələrin adətən, bütün sessiya boyu qapanıb qaldıqları otaqlara, yataqxanalara da aiddir. Məsələ burasındadır ki, dərsə hazırlaşan zaman biz istəmədən öyrənilən materiallarla, ətraf mühit arasında assosiasiya yaradırıq. Şəraiti nə qədər çox dəyişsək, öyrəndiyimiz materiallar da daha asan yadımızda qalar. Araşdırmalar göstərir ki, eyni materialı iki ayrı otaqda öyrənən tələbələr, yalnız bir otaqda oturub öyrənənlərdən daha yaxşı nəticə göstəriblər. Buna görə də kitablarınızı götürüb yollanın parka, ya da kafeyə.

3. Markerlərdən imtina edin, onların faydası yoxdur

Çalışqan tələbə və şagirdlərin konspetləri adətən markerlə “yazıq-yuzuq” olur. Rəngarəng görünsə də, markerlərin faydası yoxdur. Stiker və qeyd vərəqlərindən istifadə də bir fayda vermir. Stiker, qeyd vərəqləri, markerlərdən istifadə zamanı ayrıca götürülmüş faktları yadda saxlayırıq, materialın məğzinə vara bilmirik. Müəllimlər isə adətən mətndən məntiqi nəticə çıxarmağı tələb edirlər.

4. Stuldan qalx!

Fiziki məşğələlər təhsil prosesini xeyli yaxşılaşdırır. Məsələ burasındadır ki, qaçış, idman zalında ağır fiziki hərəkətlər, komanda oyunları, hətta aidəcə çömbəlmək koqnitiv bacarıqların zəifləməsinin qarşısını alır və sinir hüceyrələrinin formalaşmasına kömək edir. Mütəmadi olaraq təkərdə qaçmağa məcbur edilən laboratoriya heyvanları passiv yoldaşlarına nəzərən daha yüksək koqnitiv bacarıqlar nümayiş etdiriblər.

5. Rahat ol!

Dərslərin çox olmasını, imtahanlara hazırlaşmağı dərd etməyin. Yenə də istirahət üçün özünüzə vaxt ayırın. Çünki araşdırmalar təyin ediblər ki, dincəlmək materialı daha yaxşı yadda saxlamağa kömək edir.

Psixoloq Corc Miller əmin edir ki, informasiyanı yeddi hissəyə ayıraraq mənimsəmək lazımdır. Necə ki, tez-tez, amma az-az yeyən zaman maddələr mübadiləsi qaydasında işləyir, eləcə də materialı da fasilələrlə öyrənsək daha yaxşı yadda saxlaya bilərik.

6. Tezdən qalxıb dərs əzbərləmə

Yuxu üzrə ekspert Den Teylor xəbərdarlıq edir ki, səhər tezdən durub dərs əzbərləmək effektiv deyil. Və yuxu fazasının pozulmasına gətirib çıxara bilər. Biz adətən günün bu hissəsi röya görürük. Yuxunun bu hissəsi informasiya emalına cavabhdehlik daşıyır.

7. Təhsilini rəngarəng elə

Mühazirələrin bir dəfə mətndən öyrən və növbəti dəfə videoyazıdan istifadə elə. Araşdırmalar göstərir ki, bir seansda müxtəlif formalı informasiyalardan istifadə materialı daha yaxşı yadda saxlamağa xidmət edir.

8. Özünü yoxla

Özün tez-tez imntahan elə. Bu, təkcə biliklərimizi qiymətləndirməyə xidmət etmir, həm də beynin yaddaşdan informasiya vermək qabiliyyətini artırır. Araşdırmalar nəticəsində məlum olub ki, dərsi hazırlayandan sonra test yoxlamasından keçən tələbələr onu iki dəfə oxuyan tələbələrədən çox yaddaşlarında saxlayıblar.

9. Quru yeməkləri unut!

Dönəri, hotdoqu, məktəb bufetində verilən bulkaları və çipsləri unut. Bununla bəlkə vaxtına qənaət etmiş olacaqsan, amma sağlamlığını da necə gəldi xərcləməyin düzgün deyil. Bundan başqa, Oksford universitetinin apardığı araşdırmalara əsasən, beş gün dalbadal yüksək yağlılığı olan qidalar qəbul edən tələbələr diqqət və düşünmə sürəti sınaqlarında pis nəticələr göstəriblər.

AzNews.az

Yenivaxt.com