Dahi şair Mikayıl Müşfiq

Dahi şair Mikayıl Müşfiq

yenivaxt təqdim edir: Bu gün görkəmli şairimiz Mikayıl Müşfiqin anım günüdür. Ayna Sultanova xatirələrində yazırdı ki, M.Müşfiqi həbs olunmamışdan 2-3 ay öncə yanına çağıraraq Hüseyn Cavid əleyhinə yazı yazmağı təklif etmişdi.  A.Sultanova bildirirdi ki, artıq H.Cavidi itirirlər, M.Müşfiqi də həbs edəcəklər və ona H.Cavid əleyhinə bir-iki yazı yazaraq  repressiyadan canını qurtarmağı təklif edir. Bu zaman Mikayıl Müşfiq Ayna Sultanovaya belə cavab verir:
- Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram...

Mənbə:klassik ədəbiyyat inciləri