Doğum günün mübarək ey Şahid!

 Doğum günün mübarək ey Şahid!

 Doğum günün mübarək ey Şahid!

Müqəddəs Qurani kərimdə buyurulan " şəhidlər diridirlər" ifadəsindən əsl məqsəd kimlərdir? Bəs, kimlərə bu ad verilir?

  "Şəhid" kəlməsi lüğətdə həqiqəti əks etdirən, sifətcə qalıcı məna çalarına malik "hazır", "görmək" kimi işlədilmişdir[1].

  Quranda isə, bu kəlmə, "şahid", "şəhadət verən" kimi gətirilmişdir. Belə ki, müqəddəs kitabda şəhidlər barəsində, belə buyurulur: " Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur[2].

  Burada həyat deyildikə, əsl məqsəd əbədi həyat nəzərdə tutulmuşdur. Bu kəlmənin tam ziddi isə, digər bir ayədə gətirilərək, kafirlərin axirət, ölümdən sonrakı həyatı puç və həlakət adlandırılmışdır[3].

  Möminlərin belə bir həyata vəd edilməsi və əsl səadətin yalnız axirət həyatının olması, Quranda müharibədə döyüşərək öldürülənlərin yox olmasını düşünən insanlara cavab olaraq verilmişdir.

  "Şəhadət" İslam mədəniyyətində iki fərqli mənada işlədilmişdir:

  1. Xüsusi mənada: Qeyd olunmuş ayədə deyilən "döyüş meydanında, müharibədə Allah yolunda öldürülən"lərə verilmiş ad mənasında
  2. Ümumi və daha geniş mənada: "Öz ilahi vəzifəsini yerinə yetirərkən ölən və ya öldürülən"in haqqında işlədilən məna

  Məsumlardan (ə) bizə gəlib çatan hədislərdə isə bir neçə dəstəyə şəhid adı verilmişdir:

  1. Elm yoluda canını əldən verənə;
  2. Allaha, Peyğəmbərinə (s) və Onun Əhli-beytinə xüsusi məhəbbəti olan və Onları tanıdığı halda öz yatağındaykən canını tapşırana;
  3. Öz malını əlindən almaq isdəyənlərlə mübarizə apardıqda öldürülənlərə;

  Mübarək ayədə də buyurulduğu kimi, " Allaha və peyğəmbərinə iman gətirənlər, məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər və şəhidlərdir. Onların öz mükafatları və öz nurları vardır"[4].
  Bəzi hədislərimizdə isə, "mömin"ə, "Hz.İmam Zamanın (ə.f) zühurunu gözləmiş insanlara da "şəhid" deyilmişdir.
 Bəli, şəhid Maarif Səfərovda məhz bu şəxslərdən sayılır, O həm Allah yolunda canını verən bir vətən oğlu, həm elm yolunda can qoyan bir alim, həm də son nəfəsində Hz. Zəhranın (ə) adını anaraq Onun(ə) şiələrinə qovuşan bir sadiqdir.Allah ruhunu şad etsin!

Bütün "Yenivaxt" kollektivi adından təbrik edir, Allahdan şəhid kimi yaşamağı, şəhid kimi ölməyi arzu edirik!



 Hazırladı: KatiB

 

 

[1] Məcmə-ul Bəhrəyn, c3, səh 80

[2] Ali İmran surəsi, 169-cu ayə

[3] İbrahim surəsi, 28-ci ayə

[4] əl-Hədid surəsi, 19-cu ayə