Elmi,İctimai,Tərbiyəvi mühitin formalaşmasında, Müəllim və Elmi Heyətlərin, Dərnəklərin rolu və Problemlərin həlli yolları

Seminar, elmi- ictimai fəaliyyətin daha da yaxşılaşması, müxtəlif məsələləri müzakirə edərək həlli yolların axtarılmasını hədəfə almışdır.

Elmi,İctimai,Tərbiyəvi mühitin formalaşmasında, Müəllim və Elmi Heyətlərin, Dərnəklərin rolu və Problemlərin həlli yolları
BEYNƏLXAL ƏL- MUSTAFA UNİVERSİTETİ, TƏBRİZ MƏRKƏZİ

                                                              Bismillah

Beynəlxalq Əl-Mustafa Universitetinin Təbriz Mərkəzinin " Kəlam " kafedrasının təşəbbüsü ilə 14 mart tarixində " Elmi, İctimai, Tərbiyəvi mühitin formalaşmasında Müəllim və Elmi Heyətlərin, Dərnəklərin rolu və Problemlərin həlli yolları " adı mövzusunda keçirilmiş elmi seminar

Seminarin rəhbəri : Höccətül - İslam vəl - Müslimin, professor Muhəmməd Əzimi

İştirakçılar : Tələbə elmi cəmiyyəti

Mövzu : " Elmi , İctimai, Tərbiyəvi mühitin formalaşmasında Müəllim və Elmi Heyətlərin, Dərnəklərin rolu və Problemlərin həlli yolları "

Bu gün universitetimizin elmi fəaliyyətinin istiqamətləndirilməsi və gənc tələbə heyətinin, ixtisaslı kadrların hazırlanması məqsəd ilə, keçirilmiş elmi seminarda danışılan əsas mövzulardan biri də, " insan və insanın özünü necə tanıması haqqında " idi. Cənab professor Muhəmməd Əzimi öz çıxışında, ilk növbədə müqəddəs Quranın ayəsinə  عَلَيْكُمْ أَنْفُسَكُم " ( 1 )" istinad edərək belə söyləmişdir : 

" İnsan, yaradılmışlar içərisində özünü tanıyan və ona verilmiş istedaddan istifadə edərək, təkcə özünün deyil, habelə cəmiyyətin ictimai-sosial fəaliyyətini formalaşdıran bir varlıqdır. O, həmişə axtarışda olan və düşünən bir varlıqdır. Həmişə öz hədəfi uğrunda, daim mübarizədə, qarşısına çıxan problemlərin həlli yollarını axtararaq daim irəliləyən biridir. Lakin, o, öz istiqamətini itirdikdə, nə etməli olduğunu heç də, dəqiq bilmir, çalışır lakin həmişə heyrət halındadır. Necə ki, möminlərin əmiri Hz. Əli ( ə )-in dili ilə desək " Təəcüb edirəm ki, özünü itrdiyi halda gəzən və axtardığını tapa bilməyən kəsə ". ( 2 )

Biz " İnsan " haqda düşündükdə, ilk növbədə zehnimizə gələn sual bu olur." İnsan  necə yaranib? İnsanı kim yaradıb? Bu yaradılışda hədəf nədir ?

İstəsək bu suallara cavab tapaq, əlbəttə " insanı " öz obyekti axtarış mövzusu qərar vermiş elmlərə müraciət etməliyik, belə ki, insanın yaradılışı və onun necəliyi barədə iki baxış var : Onun maddi bir varlıq olması, təkcə fiziki quruluşu və ictimai fəaliyyətini əsas götürən baxış və digər tərəfdən isə, onun maddi bir varlıq olması ilə yanaşı, mənəvi - ruhu bir baxış.

Əlbətdə bizim danışacağımız mövzu dini və Quran baxımından təhlil edilməlidir, çünki, yalnız bu yolla bizə ünvanlanmış suallara cavab tapa bilərik. Belə ki, insanı həm ruhi, həm cismi, həm ictimai və həm də fərdi varlıq kimi tanıtdıran yeganə mənbə Qurandır. Belə isə, onun Yaradanına müraciət etməklə, qaranlıq qalan və insanın heç zaman tapa bilməyən həqiqətlərini aşkar etmək olar. İnsan sanki bir yazılmış bir kitabdır, ən yaxşı şərhçi isə elə onun Yaradanıdır. "

Professor Əzimi daha sonra sözünə davam edərək, insanla onun Yaradanı arasındakı əlaqəni yaradan və ona rəhbərlik edən " imam və insan hidayətində onun rolu " na işarə edərək belə buyurmuşdur : " İnsan tanıma amili bizi " İmam və onunla bağlılığımızı " araşdırmağa vadar edir. Bəli, insan öz yaşayışında maddi ehtiyaclarına diqqət edir, təlabatını ödəmək üçün çalışır, lakin bəs nəyə görə onun " Hidayətçisi " barədə belə bir istək də deyil? Halbuki, onu səadətə çatdıran məsum şəxsin düşünülməsi daha vacibdir. "

Ustad Əzimi seminarın sonuna yaxın sözünü bu hədislə izah etdi :

" İmamın Sadiq ( ə ) yaxın dostlarından biri Yunis ibni Yəqub üzünü İmama ( ə ) tutaraq belə söylədi : " Sizi sevmək, sizi tanımaq mənə bütün dünya mülkündən daha əzizdir." Bu halda İmamın baxışlarında ciddi narahatlıq hissini duyan Yunis, İmamın belə buyurduğunu dedi : Yunis ! Bizi düzgün müqayisə etmədin, etdiyin mülahizə yanlışdır! Dünya və onun mal - sərvəti nədir ki ? Məgər onlar qarın və ondan aşağı üçün deyillər ? Lakin siz bizə qarşı olan məhəbbətinizlə həqiqi, gözəl hayata çatır, əsl səadət və əbədi xoşbəxtliyi əldə edirsiz " ( 3 )

1. Qurani Kərim, Maidə surəsi, 105 ci ayə

2. Ğürərül- Hikəm 

3. Tuhəful - Uqul  

Müəllif: Katib

yenivaxt.com