Fatimeyi -Zəhra(ə)haqqında

Fatimeyi -Zəhra(ə)haqqında

Yenivaxt.com saytı təqdim edir:

Həzrət Fatimənin adları

Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.

İmam Sadiq (ə):”Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.

Umarə:”İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün “Zəhra” (parlaq) adlandırıblar? Buyurdu:”Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.”

Fatimə mənim bədənimin bir parçasıdır.

Allahın Peyğəmbəri(s):”Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.

Allahın Peyğəmbəri(s): “Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.”

Fatimə dünya xanımlarının xanımıdır

Allahın Peyğəmbəri(s):”Qızım Fatimə dünya xanımlarının xanımıdır.”

Allahın Peyğəmbəri(s):”Fatimə Cənnət xanımlarının xanımıdır”.

Allahın Peyğəmbəri(s):”Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır”.

Fatimə qəzəblənəndə Allah da qəzəblənir.

Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:”Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.

Mənbə:https://az.shafaqna.com