Hamı idmanın siyasiləşdirilməsini pisləməlidir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, hamı idmanın siyasiləşdirilməsini pisləməlidir.

Hamı idmanın siyasiləşdirilməsini pisləməlidir

yenivaxt saytı SəhərAzeri saytına istinadən xəbər verir: Səid Xətibzadə tvitterdə ABŞ və müttəfiqləri tərəfindən Pekin qış olimpiya oyunlarının diplomatik boykotunu tənqid edib, qərblilərin təxribat kampaniyası ilə mübarizədə İranın Çin ilə həmrəyliyini bildirib.

Xətibzadə yazıb: İstər 2022-ci il Pekin qış olimpiya oyunlarına qarşı diplomatik boykot olsun, istərsə də iranlı komandaları maliyyə mənbələrinə əlçatanlıqdan məhrum etmək olsun, hamı idmanın siyasiləşdirilməsini pisləməlidir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü sonra belə qeyd edib: Bu yarışlarda iştiraka çox həvəsliyik və təxribat kampaniyasına məruz qalmış Çinlə həmrəyliyimizi bildiririk.

Amerika və onun bəzi müttəfiqləri, o sıradan Kanada, Avstraliya və İngiltərə son vaxtlar bildirdilər ki, 2022-ci il Pekin qış olimpiya oyunlarını diplomatik cəhətdən boykot etmək istəyirlər.

Bu hərəkətə bəhanə kimi, Çinin “Sin Tsyan” əyalətində insan haqlarının pozulması iddia edilir.