Hidayət Nuru İmam Hadi (ə)

İmam Əliyyən Nəqi (ə) Mədinənin yaxınlığında yerləşən Sirya şəhərində 212-ci h.q ilinin zilhiccə ayının 15- i dünyaya göz açmışdır. Atası İmam Cavad (ə), anası isə Səmanə xatun olan İmam Nəqinin (ə) adı Əli, künyəsi Əbul Həsən, ləqəblərindən Nəqi, Hadi, Alim, Fəqih, Əmin, Təyyib, Naseh və Mürtəzadır

Hidayət Nuru İmam Hadi (ə)
Hidayət Nuru İmam Hadi (ə)

Hidayət Nuru İmam Hadi (ə)

  İmam Əliyyən Nəqi (ə) Mədinənin yaxınlığında yerləşən Sirya şəhərində 212-ci h.q ilinin zilhiccə ayının 15- i dünyaya göz açmışdır. Atası İmam Cavad (ə), anası isə Səmanə xatun olan İmam Nəqinin (ə) adı Əli, künyəsi Əbul Həsən, ləqəblərindən Nəqi, Hadi, Alim, Fəqih, Əmin, Təyyib, Naseh və Mürtəzadır.[1]  

  O həzrət (ə) səkkiz yaşında imamətə çatmış, 33 illik imamətlik etdikdən sonra, 41 yaşında şəhid edilmişdir. Onun müasirləri olan Abbasi xəlifələrindən Mötəsim, Vasiq, Mütəvəkkil, Müntəsir, Müstəin, Mötəzzi qeyd etmək olar[2].

  İmamın (ə) fəzilətləri və həyatı boyunca baş vermiş bəzi möcüzələrindən bunları göstərmək olar:

  1. İmam Nəqinin (ə) uşaqlıq dövründə imamətə çatması Onun (ə) ən üstün möcüzələrindən sayılır[3].
  2. İmamın (ə) dövründə yayılmış ən böyük fitnə və hakimiyyətə əks olan qüvvələrin məhv edilməsi üçün edilmiş bir bəhanə, yəni "Quranın məxluq olması" şübhəsi İmam (ə) tərəfindən öz yaxın tərəfdaşlarına məktub yazaraq onları bu fitnədən amanda saxlamış və eləcə də şübhənin cavabını vermişdir. O həzrət (ə) xəlifə Vasiqin ölümü haqda xəbəri ilk öncədən söyləmiş və məzlumları sevindirmişdir[4].
  3. Mütəvəkkil İmam Hadinin (ə) imamətlik dövrünün yarısı qədərində xəlifəlik etmiş və bu dövdə demək olar şiələrə qarşı çox amansız rəftar edərək onları öz ev-eşiklərindən didərgin salmışdır. O, bu dövrdə İmam Hüseynin (ə) qəbrini dağıtmış və İmam Hadini (ə) də Samirraya sürgün etmişdir. O məlğun bir neçə dəfə İmamın (ə) evinə hücüm etmiş və ev-eşiyini tarumar etmişdir.Hətta, bir neçə dəfə, O həzrəti (ə) evdən öz yanına gətizdirmişdir. Bunlardan biri də, Mütəvəkkilin məst və əyləncə məclisində olarkən baş vermişdir. İmam (ə) heç bir təhlükədən çəkinməyərək onu tənbeh etmiş və Qiyamətin ağrılı əzabından qorxutmuşdu. Bundan əsəbləşən Mütəvəkkil Onu (ə) həbs etmiş, lakin 3 gün sonra özünün ölüm xəbəri yayılmışdır.
  1. İmamın (ə) kəramətlərindən biri də, kəzzab[5] Zeynəbin yalanını ifşa etməsidir. Beləki, Zeynəb adlı bir qadın özünü Hz. Zəhranın (ə) övladlarından saymışdı. Lakin buna heç kim inanmadığı halda onun iddiasını batil edəcək kimsə tapılmamışdı. İmam Hadiyə (ə) xəbər çatdıqda, O həzrət (ə) belə buyurur: " Biz, Fatimə (ə) övladlarının əti yırtıcı heyvanlara haram edilmişdir". Bundan sonra İmam (ə) özü yırtıcı şirlərin saxlanıldığı qəfəsə daxil olmuş, lakin o heyvanlar onu dövrəyə alaraq ram olmuş və İmam (ə) onların başlarına tumar çəkmişdir. Elə bu vaxt həmin qadın öz yalanını boynuna almış və iddiasının batil olduğunu söyləmişdir.   

[1]  Şeyx Müfid, əl-İrşad, c.2, səh. 417

[2] Mehdi Pişvayi, Məsum İmamlar (ə), səh 567

[3]  Elam-ul Hidayət, c. 12, səh. 84

[4]  Həmin, səh. 88

[5] Çox yalan danışan

Hazırladı: KatiB

yenivaxt.com