İMAM HÜSEYNƏ (Ə) KİMLƏR KÖMƏK ETMƏDİ? ( Ⅰ Hissə )
Əməvi hakimiyyəti dövründə baş vermiş imam Hüseyin (ə) hərakatına cəmiyyətin baxışı üç formada dəyərləndirilir:

İMAM HÜSEYNƏ (Ə) KİMLƏR KÖMƏK ETMƏDİ? ( Ⅰ Hissə )
Əməvi hakimiyyəti dövründə baş vermiş imam Hüseyin (ə) hərakatına cəmiyyətin baxışı üç formada dəyərləndirilir:
Birinci hərəkat
Bu hərəkata İmam Hüseyn (ə) və onunla birgə Kərbəla hadisəsində şəhid olan əshabı daxildir. Onlar, İslam dinində dərin düşüncələrə malik olmaqla yanaşı, əsl inanclarla yaşayaraq, cəmiyyətin özəyini təşkil edirdi. Beləki, "imamət" məsələsində aralarında heç bir ziddiyyətli fikir olmayan bu dəstə, İmam Hüseyni (ə) tam dəstəkləyir və onun nəzərini bütün məsələlərdə ən mükəmməl baxış hesab edirdi. İmam Hüseyni (ə) hər bir xətadan uzaq və məsum bildikləri üçün Onu (ə), bütün işlərdə rəhbər tutaraq göstərişlərinə sözsüz itaət edirdilər. Bu insanların ideoloji baxışları və prinsipləri doğru olmaqla yanaşı, həmçinin gördükləri işlər də dürüst və daha məqbul idi. Təbii ki, yalnız doğru düşüncə insanın xilas yolu ola bilməz. Bəlkə, dürüst fikir və əməl yanaşı olduqda nailiyyət əldə etmək mümkündür. Buna misal olaraq, Aşura günü İmam Hüseynin (ə) doğruluğuna inanan, lakin haram işlərdən özünü qoruya bilməyənlərin O həzrətin (ə) qatili olmalarını görmək elədə çətin deyil. Belə ki, imam Hüseyinin (ə) dostları həm doğru düşüncə sahibi, həm də əməli-saleh idilər.
İkinci hərəkat
İkinci hərəkata Yəzidin (lən) başçılıq etdiyi, zülm və fitnə-fəsad üzərində qurulmuş Əməvi hərəkatı idi. Yezid kimi bir hərəkatın batil olması bizə aydın olmasına baxmayaraq, o dövrdə heç də belə bir baxış demək olar yox idi. Əməvi hakimiyyəti təkəbbür, eqoizm və olduqca təssübkeş tərzi- təfəkkürə malik bir quruluş idi. Bu sistemin batil bir əqidəyə malik olmasını, hal-hazırkı dövrümüzdə də oxşar olaraq Qərb idealogiyasına hakim təfəkkürdə də müşahidə etmək mümkündür. Buna görədə nəticə etibarıyla, Qərblə Bəni-Üməyyənin əsas baxışları eynilik təşkil edir. Fərq isə, sadəcə zaman və müasirlikdədir.
İnsan təbiəti və sağlam düşüncə ilə heç də uyğun olmayan bu idealogiya İmam Hüseyn (ə) hərəkatı ilə olduqca ziddiyyətlidir. İmam Hüseyn (ə) hərəkatı və Əməvilər arasındakı bu əks qütblülük kifayət qədər aydın bir məsələdir.
Qeyd olunan iki hərakatdan başqa təhlili daha mühüm əhəmiyyət kəsb edən üçüncü bir hərakat da var. Əgər diqqət yetirilərsə, işarə etdiyimiz hərakatın bir neçə aspektini daha yaxşı görmək olar. Bu hərəkatın bir çox üzvləri üzdə imam Hüseyn (ə) tərəfdarı və aşiqləri olmuş və dəfələrlə Əhli-beyt (ə) ilə birlikdə olmalarına baxmayaraq heç də əsl tərəfdaşlardan sayıla bilmədilər. Belə ki, onlar öz sədaqətində zəif idilər, nəticədə isə, Aşura hərəkatına qoşulmağa razı olmadılar. Təbii ki, qeyd ediləcək bir necə səbəbə görə bu hərəkatın iştirakçıları, İmam Hüseynin (ə) qisasını almağa razı olmadılar.
Onlar, Əhli-beytin (ə) yolu ilə getmələrinə baxmayaraq, əsl məqsədi öz maddi maraqları olmuşdur. Bu isə, İmamların (ə) yeni hakimiyyət sistemi üçün cəhdlərindən ciddi fərqlənirdi. Daim öz mənafeyini güdən bu tip insanlar istənilən halda öz mövqe və nüfuzlarını qorumağa çalışırdılar. Məhz qeyd edilən dövrdə, Kufə və Bəsrə əhalisinin bir hissəsinin bu dəstəyə daxil olduğunu görürük.
Bu dəstənin görkəmli simalarından biri kimi, Bəsrədə qəbilə başçılarından sayılan Əhnəf ibn Qeysi qeyd etmək olar. O, Siffeyin döyüşündə İmam Əli (ə) ilə birlikdə olsada, İmam Hüseynin (ə) kömək istəyi məktubuna qarşılıq olaraq belə demişdi:
« قد جرّبنا آل أبي الحسن فلم نجد عندهم إيالة ولا جمعا للمال ولا مكيدة في الحرب »
“Biz Əli və onun övladlarını sınaqdan keçirdik.Onların hakimiyyət idarəçiliyini, sərvət toplamağını və müharibədə hiyləgərliyini görmədik” [1].
O, bu cümləsi ilə Əhli-beytə (ə) olan gizli hisslərini ifadə edir. Çünki İmam Əli (ə) və onun övladlarının yanında olmasına baxmayaraq pul, sərvət, vəzifə və məqama çata bilməmişdi. Deməli, bu hərakatın birinci dəstəsi maddi maraq güdənlərdir. Elə bu səbəbə öz mənafelərinə xidmət edən işlərə üz tutur və bu yönümdə hərəkət edirdilər.
Bu hərəkatın ikinci dəstəsi, yəni imamdan uzaqlaşanlar üzdə Əhli-beytə (ə) məhəbbət və bağlılıq göstərən, lakin əslində onlara heç bir məhəbbət və bağlılığı olmayan, sədaqətsiz insanlardan ibarət idi. Demək olar ki, onlar dövrün şəraitinə görə, Əhli-beytin (ə) kənarında olmaq seçiminə məcbur qalmışdılar. Bu kateqoriyaya aid edilə bilən şəxslərdən biri də Abdullah bin Ömərdir. İkinci xəlifə Ömərin oğlu olan Abdullah (614- 693 h.q) İmam Hüseyin (ə) Mədinədən Məkkəyə gedərkən onun hüzuruna gedərək ağlamağa başladı. Əməvilərin Peyğəmbər (s) ailəsi ilə düşmənçiliyindən və xalqın Yezidə beyət etməsindən söz açdı. Sonra isə İmamı (ə) sülhə və beyətə dəvət edib Mədinəyə yola düşdü[2]. Bəziləri onu fəqih, mömin, zahid və pak bir insan kimi görürdü, lakin o, bir qədər sadə düşüncəyə malik idi və heç də uzaqgörən deyildi. Bu səbəbdən də, imam Hüseyin (ə) kömək etmədi. Tarixi faktlar bunu sübut edir.
Həmin Abdullah ibn Ömər, İmam Hüseyindən (ə) öncə də, Əmirəl-möminin Əli (ə) ilə beyət etməmişdi. Beyət etməməsinin səbəbini isə belə deyirdi:
“Mənim Əli (ə) ilə beyət etməməyimin səbəbi, Onun qiblə əhli və namaz qılanlarla vuruşmasıdır. Ona görə də, Əliyə beyət etməkdə şəkk edirəm.”
Amma, həmin şəxs sonradan Müaviyə və onun oğlu ilə, xüsusən də qaniçən və qəddar olan Həccac bin Yusiflə beyət etdi. Maraqlıdır ki, Həccacla beyət edərkən Həccac ona belə deyir:“əllərim məşğuldu, ayağımla beyət et” o isə, dediyini edir.[3] Həccac ibn Yusif iyirmi illik hakimiyyəti dövründə müharibələrdə öldürdüklərindən əlavə, işgəncələrə məruz qoyaraq on iki minə yaxın insanı qətlə yetirmişdi. O öldükdən sonra məlum oldu ki, 50 min kişi və 30 min qadın onun zindanında məhkum idi, onlardan 16 mini paltarsız və çılpaq vəziyyətdə idi. O, kişi və qadınları birgə yayın istisindən, qışın soyuğunda damsız həbsxanalarda həbs etmişdi. Abdullah ibn Ömər isə, belə bir şəxsə beyət edir və beyət edərkən belə deyir: " Mən, Allah Rəsulunun (s) belə dediyini eşitmişəm:
« من مات و لا إمام له مات میته جاهلیه »
“ İmamını tanımadan ölən kəs, cahiliyyət dövründə ölən kimidir.”
Peyğəmbər (s) əhli-Beyti (ə) ilə beyət etməyən belə bir şəxsin sonu Həccac kimilərin ayağları ilə beyət etməsi ilə bitər.
İmam Hüseyn (ə) hərəkatına qoşulmayan üçüncü dəstə isə, nə dünyaya hərislikdən, nə də iman zəyifliyindən bu işi görməmişdilər. Onlar heç də pis insanlar deyildilər. Lakin, təhlil gücünün zəifliyi və dini əsaslardan xəbərsizlik, onların olduqca qarışıq hadisələrdə düzgün qərar verə bilməməsinə səbəb idi. Süleyman ibn Sürəd Xüzai kimi insanlar bu tip inasanlardan sayılırdı. O yaxşı insan idi, lakin İmam Hüseyn (ə) haqqında natamam biliyi, təhlilin zəifliyi və bəsirətsizliyi üzündən Aşura hərəkatından uzaqlaşmışdı. Hətta, İmam Hüseynə (ə) məktub yazaraq onu qiyam üçün Kufəyə dəvət etmişdidə. Onun məktubunda Kufənin bəzi böyüklərinin adından belə yazılır:
“Bizim rəhbərimiz yoxdur. Bizə tərəf gəlin ki, bəlkə Allah sizin vasitənizlə bizi haqqın ətrafına toplasın. Nöman ibn Bəşir hökumət sarayında hakimlik etsə də, biz onunla cümə günü namaz qılmır və bayram namazı üçün onunla şəhərdən kənara çıxmırıq. Əgər bilsək ki, bizim yanımıza gəlirsiz, onu [Kufədən] qovub Şama qaytararıq”.
Amma,o İmam Hüseyinin (əleyhis-salam) haqlı olduğunu, Yezidin isə kökündən fasiq biri olduğunu bildiyi halda, Aşura günü İmamın köməyinə gəlmədi. Aşuradan sonra isə, Süleyman dedi ki, biz özümüz İmam Hüseyni (ə) dəvət etmişdik, o da qəbul etmişdi, lakin kömək etmədik və O (ə) şəhid oldu. İndi isə, günahımızı yumaq üçün şəhid olmalıyıq. Elə bu səbəbə görə o, “təvvabin” hərəkatını başladaraq belə çıxış etdi:
“Peyğəmbərimizin (s) ailəsinin gəlişini gözləyirdik və onlara kömək edəcəyimizə söz verdik və gəlmələri üçün şərait yaratdıq, lakin onlar gələndə kömək etməkdə səhlənkarlıq etdik, durub gözlədik və olub-bitənləri sadəcə kənardan izlədik. Beləcə, Peyğəmbərimizin (s) canı və ən əzizinin öldürülməsinə səbəb olduq.”
Sonra üzünü camaata tutub belə səsləndi:
“Ayağa qalxın! çünki Allah bizə qəzəblidir. Allah sizdən razı olmayınca zövcələrinizin və övladlarınızın yanına geri dönməyin! Mən İmam Hüseyinin (ə) qatillərini öldürməyincə və ya öldürülməyincə Allahın razı qalacağını düşünmürəm. Ölümdən qorxmayın, ölümdən qorxsanız, zəlil olacaqsınız!”
ardı var....
Tərcümə və əlavələr: Cənab Tural Salmanov
Redaktor: KatiB
yenivaxt.com
[1] İbn Quteybə Dinəvəri, Uyun –ul Əxbar, c. 1 səh 311.
[2] İbn Əsəm, əl-Futuh li- ibni Əsəm, c. 5, səh.25,
əl-Bəlazəri, Ənsab-ul Əşraf lil- Bəlazəri, c. 3, səh. 163.
[3] Mühəmməd ibn Cərir Təbəri (Şiə), əl-Müstədrəkfi imaməti-Əmir-əl-Möminin Əli ibn Əbi Tali, c.1, səh. 177