İMAM HÜSEYNƏ (Ə) KİMLƏR KÖMƏK ETMƏDİ? ( Ⅱ Hissə )
Əmir-əl-möminin Əli (ə) zamanında Süleyman ibn Sürəd Xüzainin həyat yaşayışını izlədikdə görürük ki, o Cəməl döyüşündə iştirak etməmişdir. Cəməl döyüşündən sonra İmam Əli (ə) Bəsrədən Kufəyə daxil olanda Süleyman da Kufənin böyüklərindən hesab olunduğu üçün O həzrətin (ə) hüzuruna gəldi. Həzrət (ə) “ Bəs niyə Cəməl döyüşünə gəlmədin?”

İMAM HÜSEYNƏ (Ə) KİMLƏR KÖMƏK ETMƏDİ? ( Ⅱ Hissə )
Əmir-əl-möminin Əli (ə) zamanında Süleyman ibn Sürəd Xüzainin həyat yaşayışını izlədikdə görürük ki, o Cəməl döyüşündə iştirak etməmişdir. Cəməl döyüşündən sonra İmam Əli (ə) Bəsrədən Kufəyə daxil olanda Süleyman da Kufənin böyüklərindən hesab olunduğu üçün O həzrətin (ə) hüzuruna gəldi. Həzrət (ə) “ Bəs niyə Cəməl döyüşünə gəlmədin?” tənqidi sualı ilə onu sorğuladı. Süleyman öz işinə bəhanələr gətirsə də, Həzrət Əli (ə) onun cavabını rədd etdi və üzünü ona tutub belə xitab etdi:
“Mənim yanımda ən etibarlı insanlardan sayıldığın halda tərəddüd etdin, gözlədin və plan quraraq hiylə etdin; Səni Peyğəmbərin (s) Əhli-beytini (ə) tərk etməyə vadar edən nə idi?”
Süleymanın heç də öz işində, sözündə dəqiq adam deyildi. O çox vaxt şəkk edər və tərəddüdlə davranardı. İbn Səd “ ət-Təbəqatul-Kübra ” kitabında Süleyman haqqında yazır:
“ کان کثیر الشک و الوقوف ”
" İşində çox tərəddüdlü və çəkingən biri idi "
Bu hərəkatın dördüncü dəstəsində həqiqətən günümüz üçün ibrətamiz olan simalar vardır. Bu insanlar həqiqətdə İmam Hüseynin (ə) tərəfdarları idilər. Onların qəlblərində kin və işlərində qərəzlilik görülmürdü. Müharibədən, cəbhədən və cihaddan da heç də qorxmurdular. Lakin onların imamət məsələsinə baxışları, imam Hüseyin (ə) əshabının baxışları kimi deyildi və onlar " imamət " məsələsində İmam Hüseyn (ə) haqqında o qədər də dərin fikirli insanlar deyildilər. Onların düşüncə tərzinə görə imam vaxtaşırı onlarla məsləhətləşdiyi kimi, onlar da imama nəsihət və yol göstərə bilər, imamın qərarını qəbul etməyərək tənqidi yanaşa bilər və hətta onu xətakar belə adlandıra bilərlər. Aşura məsələsində isə, onlar, Yezidə qarşı hərbi mübarizənin yanlış və nəticəsiz olduğuna düşünür, İmam Hüseyni (ə) bu işdən çəkindirməyə cəhd edirdilər. Onlar dəfələrlə Küfəlilərin İmama (ə) itaət etməyəcəklərini və İmamın (ə) Yezidə məğlub olaraq şəhid ediləcəyini dilə gətirmişdilər. Buna görə də öz təhlillərinə əsasən, İmam Hüseynin (ə) qiyamının faydasız olduğunu düşünərək İmama (ə) arxa durmaqdan imtina etmişdilər. Bu fikir, hətta Bəni Haşim övladları və imam Hüseyinin (ə) ailəsi arasında da yayılmışdı. Bu insanların analitik rəyi, İmam Hüseyn (ə) tək başına qalaraq öldürüləcəyi və sonunda heç bir nəticənin əldə edə bilməyəcəyi idi. İmam Hüseyn (ə) belə insanlara bir məktub yazaraq belə dedi:
فَأِنَّ مَنْ لَحِقَ بِی اُسْتُشْهِدَ وَمَنْ لَمْ یلْحَقْ بِی لَمْ یدْرِک الْفَتْحَ
“Mənimlə gələn şəhid olacaq, mənə qoşulmayan isə heç bir zaman qurtuluşa çata bilməyəcəkdir”
Bəni-Haşimin böyüklərindən və İmam Hüseynin (ə) qohumlarından olan İbn Cəfər də bu dəstədəndir. Hətta, Kərbəla hadisəsində öz oğlunun İmam Hüseynin (ə) qoşununa tapşırsada və onun Kərbəla hadisəsində şəhid olmasına baxmayaraq özü İmama qoşulmadı. İbn Cəfər Həzrətə (ə) Yezidlə müharibənin mənfi nəticələri olacaqını, uğur qazanılmayacağını, ardınca isə bizi də rahat buraxmayacağını demişdi. O, İmamdan (ə) onlarla yumuşaq rəftar etməsini və danışığında şiddəti olmamasını istəyirdi. Bu danışıqlardan aydın olur ki, o, özünü İmam Hüseynin (ə) qarşısında daha doğru fikir sahibi olduğunu bilirdi.
Burada isə, daha müəmmalı bir sual yaranır ki, Peyğəmbərin (s) böyük səhabəsi, Cəfər Təyyarın oğlu və imam Hüseyin (ə) əmisi oğlu olan İbn Cəfər kimi bir şəxsin belə bir fikirdə olması axı necə ola bilər?
Bu sualın cavabını araşdırdıqda görürük ki, bu tip insanlar özünün yardımsevərliliyi, səxavəti ilə tanınmış insan olmuşlar, amma bəzən maddi çətinlikdən əziyyət çəkirmişlər. Başqa sözlə desək, İbn Cəfər kimilər heç də sadə həyat tərzi ilə kifayətlənməyib, daha dəbdəbəli həyat tərzini arzulayırdılar. Müaviyə də bu ümüdlə yaşayan və problemdə olanları ustalıqla ələ almağı bacarmışdı. Müaviyə İbn Cəfəri şirnikləşdirmiş, ona aylıq bir milyon dirhəm maaş ayırmışdı. Yezid hakimiyyətə gəldikdə isə bu bir milyon dirhəmi iki milyon dirhəmə qaldırmışdı. Təbii ki, İbn Cəfər bu pulları eyş-işrətə xərcləmir və israf etmirdi, əksinə o, həmçinin kimsəsizlərə də yardım edirdi. Lakin bu, onunla Müaviyənin əlaqələrinin genişlənməsinə, hətta Üməyyə övladları ilə münasibətlərin daha da yaxşılaşmasına gətirib çıxardı. Belə ki, iş o yerə çatdı ki, Müaviyə onun qızını da oğlu üçün istəmiş, o da bu evliliyə razılıq veribmiş, lakin İmam Hüseyn (ə) onun bu addımı qarşısında duraraq belə söyləmişdi:
“İndi işi o yerə çatdırmısan ki, onlara (Ümiyyə övladına) qız vermək istəyirsən? Halbuki, onların qılınclarından hələ də Bəni-Haşimin qanı damcılayır!”
İbn Cəfər isə İmam Hüseynə (ə) belə cavab vermişdi:
"Nə etməliyəm? Mənim borcum çoxdur və bu evliliyin sayəsində isə pullu alacağam".
Müaviyənin planı Cəfər Təyyarın ailəsini və Haşimi övladlarını həzrət Əli (ə) və onun övladlarını qarşı-qarşıya qoymaq idi. İbn Cəfəri böyütməklə Əli övladlarının ləyaqət və üstünlüyünü aşağı salmaq idi. Beləki, bir dəfə ona belə demişdi:
“Sən Həsən və Hüseyni nə qədər üstün bilirsən? Onlar səndən yaxşı olmadığı kimi, onların atası da sənin atandan üstün deyildi və əgər Fatimə Peyğəmbərin qızı olmasaydı, mən deyərdim ki, anan Əsma ondan heç də geri qalan deyildi”.
Baxmayaraq ki, bu sözlərdən sonra Müaviyəyə " Vallah! bu ikisi və atası məndən daha üstündür " demişdi, amma o, bu hiyləni anlamalı və ona daha möhkəm və tutarlı bir cavab verərək etiraz etməli idi. Lakin, o, Əməvilərlə yumşaq davaranmağın və mülayim danışmağın qənaətinə gəlmişdi.
İbn Cəfər, Məhəmməd ibn Hənəfiyyə və İbn Abbas kimi şəxslər İmam Hüseyinə (ə) qəlbən bağlılıqlarına və ailə münasibətlərinə görə, İmamla (ə) döyüşən hər bir kəsin qarşısında dura biləcək qədər gücləri var idi. Lakin, İmam Hüseyinin (ə) Aşura hərəkatını düzgün dərk edə bilmədikləri üçün İmama (ə) sonuna qədər kömək etmədilər. Bu onu göstərir ki, hər hansı bir hərəkatda müəyyən yerə sahib olmağın dərəcələri də vardır.
Dördüncü kateqoriyaya başqa bir nümunə isə İbn Abbası göstərmək olar. Abdullah ibn Abbas həzrəti Əlini (ə) xilafət məsələsində dəstəkləyən, həzrəti Peyğəmbərin (s) tanınmış səhabələrindən biri idi. Amma, o da yavaş-yavaş, Üməyyə övladları ilə rəftarlarını dəyişdirməli olmuşdu. Beləki, o heç də belə bir şəraitdə onlara qarşı silahlı mübarizə aparmağı doğru hesab etmirdi. Abdullah bin Abbasın səhv addımları ucbatından Əməvilərin ona ümid bəsləməsinə gətirib çıxarmışdı. Bu isə Əməvilərin zülmü qarşısında Əhli-beyt (ə) tərəfdarlarının mübarizə ruhuyyəsini sarsıtmışdı. Elə bu günün özündə də İslam və bəşəriyyət düşmənləri ilk addımda məşhur simaları ya öz tərəflərinə çəkir, ya da onların mübarizə aparmasına maniələr yaradırlar. Bununla da, cəmiyyətə " ümidsizlik " və " sən bacarmayacaqsan! " hisslərini aşılamış olurlar. İmam Hüseyn (ə) belə bir dönəmdə isə, öz mübarizəsinə davam etmiş və əməvi siyasətçilərinin illərlə düzətdikləri bütü qırmışdır.
Tərcümə və əlavələr: Cənab Tural Salmanov
Redaktor: KatiB
yenivaxt.com