İmam Musa Sədr haqqında

İmam Musa Sədr haqqında

İmam Musa Sədr, İsrailin Livana hücumuna görə ərəb ölkələrinin prezidentləri və rəsmiləri ilə, görüşmüşdü. Avqustun 25-də Liviyanın paytaxtı Tərabülüsdən İmam Musa Sədrə rəsmi dəvət məktubu gəldi. İmam 1978-ci il avqustun 25-i iki əməkdaşı Şeyx Məhəmməd Yaqub və jurnalist Abbas Bədrəddinlə birgə Asiyadan Afrikaya getdilər. Onlar barədə son rəsmi xəbər avqustun 31-i günorta vaxtlarında Liviyanın dövlət maşınları ilə, ölkənin paytaxtı Tərabülüsdəki mehmanxanadan çıxmaları oldu. 

Liviya, qonaqlarının Liviya ərazisini tərk edərək İtaliyaya getdiyini iddia edirdi. Həm İtaliya, həm də Livan məhkəmələri uzun sürən araşdırmalardan sonra bu iddianı rədd edərək İmam Musa Sədrin İtaliyanın üç dəniz, quru və hava limanından hər hansı birinə girişinin olmadığını elan etdi. O gündən bəri imamın ailəsi, dostları və yaxınları imamın və onun iki əməkdaş qardaşının Liviyada zorla yoxa çıxmasına son qoymaq üçün bütün mümkün vasitələri, xüsusən də hüquqi və məhkəmə yollarını axtarırlar.

Yazının istinadı: İmam Musa Sədr adına Mədəniyyət və Araşdırma İnstitutunun arxivi

25 avqust 2022-ci il
İlahiyyatçı Xalid İbrahimli

Yenivaxt.com