İmam Musa Sədr xatirələrdə

yenivaxt.com təqdim edir: Antiba əmi və İmam Musa Sədr

Antiba əmi müsəlmanlar arasında yaşayan bir məsihi idi. Onun evinə daxil olsaz, bir anda divarlarda vərəqlərə yazılı halda asılmış sevgili Peyğəmbərimizin (ə)  və İmam Əli (ə) aid kəlamlarla, İmam Musa Sədrin xatirəsi olan şəkillərlə qarşılaşacaqsız. Antiba əminin göz yaşları ilə, İmam Musa Sədri xatırladığı filmi görmək istəyən kəslər bu xatirə ilə, bərabər paylaşdığım linkə daxil ola bilər. Antiba əmi ədaləti İmamın simasında görən kəslərdən biridir. 

Antiba əmi məsihi bir dondurmasatan idi. Məsihidir deyə müsəlmanlar ondan dondurma almırdılar. İmama şikayət edir ki, müsəlmanlar mənimlə belə davranır. İmam narahat olur və şəxsən özü gedib onun dükanında əyləşərək dondurma yeyir. İmamı hər bir mənada, rəftar və davranışda da, özünə imam bilən Livanlılar daha məsihini baykot etməkdən əl götürmələri bir yana qalsın, həvəslə ondan dondurma almağa başlayırlar. Antiba əmi ədalət və insansevərliyin canlı simasını həmin gün ilk və son dəfə görürdü..

Antiba əmi sanki (linkini paylaşdığım) bu filmin çəkilməsin gözləyirmiş. Ondan İmam Musa Sədrin xatirəsi barədə yadigar qalan bu filmin çəkilişindən iki gün sonra vəfat edib. Dünya ilə, vidalaşarkən söylədiyi son sözü "kaş seyyid Musanı bir daha görəydim!" olub və sonra isə göz yaşları damla-damla saqqalına süzülüb..

Tərcümə etdi: Xalid İbrahimli