İnqilabın Ruhu İmam Xomeyni(r)

İnqilabın Ruhu İmam Xomeyni(r)

  Böyük İran İnqilabının banisi, İmam Musəvi Xomeyninin (r) dəfn yerinin seçilməsi haqda maraqlı bir xatirə

  3 iyun 1988- ci ildə həkimlərin rəyi əsasında, İmam Xomeyninin (r) vəfat etməsi artı qətiləşmişdi. Əziz Rəhbərimiz İmam Xamenei , mərhum seyyid Əhməd Xomeyni, ayətullah Meşkini, Haşimi Rəfsəncani kimi şəxsiyyətlərin toplaşdığı bir cəmdə, İmam Xomeyni(r)- nin vafat mərasiminin keçirilməsi, dənfn olacağı yer, və digər mövzular barəsində müzakirələr gedirdi.

  Dəfn olunacaq yerlər barədə bir neçə məkanlar, Qum şəhərinin ətrafı kimi yerlər, təklif olunurdu. Lakin, İmam Xameneyi qəbrin yerini şəhidlərin kənarında olmasını təklif etdi. Beləki, Ayətullah Xamenei, xalqın İmam Xomeyni (r) ilə beyəti təzələməsinə və Onunla (s) vidalaşmasına şəraitin yaradılması üçün bu yerin məsləhətli olduğunu qeyd etdi.

Bu təklif İmam Xomeyninin ( r) oğlu, seyyid Əhməd Xomeyninin (r) də razılığı ilə qəbul edildi. Beləki, Böyük İnqilabın Banisi İmam Xomeyninin(r) mübarək nəşi 3 gün müddətində xalqın axın etdiyi indiki müsəllada saxlanılaraq sonunda, yaddaşlardan unudulmayan, xatirə dolu bir vidayla o müqəddəs və pak şəxsiyyətin vücudu torpağa tapşırıldı.

Həmin toplantıdan sonra, İmam Xamenei, dönə- dönə təkid etdi ki, bu xəbər bütün xalq arasında yayılsın və hamının bu dəfn mərasimindən məlumatı olsun. Beləki, seyyid Əhməd Xomeyni, 4 iyun 1988- ci ildə, İmam Xomeyninin(r) vəfat xəbərini rəsmi olaraq elan etdi.

"Böyük İslam İnqilabının ruhu İmam Xomeynidir."

Hz. Ayətullah Seyyid Əli Xamenei, 4 iyun 2022.

Hazırladı: KatiB

yenivaxt.com