Kreml hücumların nə vaxt başa çatacağını açıqlamır

Rusiyanın Ukraynaya qarşı hücumunun ikinci dalğası başlayıb.

Kreml hücumların nə vaxt başa çatacağını açıqlamır

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: Ukrayna Prezident ofisinin müşaviri Aleksey Arestoviç deyib ki, ikinci hücum dalğası səhərkindən ağır olmayacaq. 4 əsas təhlükəli hücum istiqaməti var: Krım, Birləşmiş Qüvvələrin Əməliyyat zonası, Çerniqov və Xarkov istiqamətləri.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Donbasda xüsusi əməliyyatın keçirilməsi məqsədilə qərar qəbul edib. Putin bu barədə Rusiya vətəndaşlarına müraciərtində deyib.

O öz müraciətində “Rusiya üçün təhdid yarada biləcək xarici qüvvələri” də hədələyib; bildirib ki, Rusiyanın belə təhdidlərə cavabı ləngiməyəcək və Rusiya hadisələrin istənilən inkişafına hazırdır. Bütün zəruri qərarlar qəbul edilib.

Putin müraciətində “Ukraynanı işğal etmək niyyətlərinin olmadığını” da deməyi unutmayıb.

Hücumlar zamanı aerodromlara, Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə raket və bombalı hücumlar həyata keçirib. Eyni zamanda, Ukraynanın dövlət sərhədi boyu ərazisi və yaşayış məntəqələri atəşə tutulub.

Rusiyanın Müdafiə Nazirliyi hərbi əməliyyatlarla bağlı bildirib ki, yüksək dəqiqlikli silahlar vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə vasitələri, hərbi aerodromları, aviasiyası sıradan çıxarlıb.

NATO baş verənlərə reaksiya olaraq Rusiyanın ağır bədəl ödəyəciyini bildirib. “Bu, Rusiyaya baha başa gələcək

“Bu, Rusiyaya baha başa gələcək, NATO üzvləri Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Mesajımız konkretdir: heç vaxt beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyik”, - deyə NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

Bu arada Ukrayna Rusiya Federasiyası ilə diplomatik əlaqələrini rəsmi şəkildə kəsib.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, prezident Vladimir Zelenski Rusiya ilə diplomatik əlaqələrini kəsmək təklifini dəstəkləyib.