Məhərrəm ayı haram aylardan sayıldığı halda bəs nə üçün İmam Hüseyn (ə) bu ayda müharibə etdi?
Üməyyə övladlarının hakimiyyətə gəlməsilə bərabər onlar nəinki İslam qanunlarına məhəl qoymurdu, eləcə də ərəblərin milli adət-ənənəsini belə ayaqlar altda qoymaqdan çəkinmirdi. Beləki, bəzi tarixçilər Üməyyə övladlarını ərəb irqindən hesab etməmişlər

Məhərrəm ayı haram aylardan sayıldığı halda bəs nə üçün İmam Hüseyn (ə) bu ayda müharibə etdi?
Hicri qəməri ilin dörd ayı yəni, rəcəb, zilqədə, zilhiccə və məhərrəm ayları ərəblər arasında haram aylar kimi tanınmışdır. Bu, ayların hörməti o qədər onlar arasında saxlanılırmış ki, hətta ən böyük iki qəbilə Övs və Xəzrəc qəbilələrinin arasında 120 illik davam edən müharibə məhz bu ayın ehtiramına dayandırılırdı. İslam dini də ictimai bir dindir və hər bir qəbilənin ağıl və şəriətlə heç bir ziddiyyəti olmayan milli adət-ənənəsini qoruyub saxlamış və ona maneçilik törətməmişdir.Üməyyə övladlarının hakimiyyətə gəlməsilə bərabər onlar nəinki İslam qanunlarına məhəl qoymurdu, eləcə də ərəblərin milli adət-ənənəsini belə ayaqlar altda qoymaqdan çəkinmirdi. Beləki, bəzi tarixçilər Üməyyə övladlarını ərəb irqindən hesab etməmişlər[1].
Xatırladaq ki, məhərrəm ayının 9-u İmam Hüseyn (ə) onun üzərinə qoşun çəkmiş Ömər ibn Sədə məktubunda bir neçə nöqtəyə toxunmuşdur ki, onlardan biri də, məhz haram ayda müharibənin qadağan olmasına işarə etmişdir. Onlar özləridə yaxşı bilirdilər ki, haram ayda Quranın açıq aşkar hökmünə görə müharibə kimi əməllər qadağan edilmişdi. Lakin, bunlara baxmayaraq öz mənfur niyyətlərini icra etdi və cinayətlərə əl atdılar[2]. Belə bir halda isə, İmam Hüseyn (ə) ona qarşı elan edilmiş haram müharibədə özünün, ailəsinin və əshabının müdafiəsinə qalxmışdır. İmamın (ə) bu əməli isə, yəni müdafiəyə qalxması elə Quranın öz göstərişi əsasında olmuşdur[3].
Hazırladı: KatiB
yenivaxt.com
[1] Rəbbani Xəlxali, İmam Hüseynin nurlu siması, səh.118
[2] Zəbihullah Mənsuri, İmam Hüseyn (ə) və əmirlər, səh.266
[3] Bəqərə surəsi, 194-cü ayə