"Mübahilə" ayəsinə Əhli-sünnətin baxışı
Bu ayə Əhli-sünnə mənbələrində iki baxışdan araşdırılmalıdır:

"Mübahilə" ayəsinə Əhli-sünnətin baxışı
Bu ayə Əhli-sünnə mənbələrində iki baxışdan araşdırılmalıdır:
1. "Mübahilə"[1] ayəsinin ( Ali İmran surəsi, 61-ci ayə ) nazil olma səbəbi;
« فَمَنْ حَاجَّكَ فيهِ مِنْ بَعْدِ ما جاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكاذِبين »
« Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) ) səninlə mübahisə edən kəsə de: " Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özününzü (canımızdan olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq".»
Əhli-sünnə təfsirçiləri bu ayənin nazil olma səbəbi barədə belə qeyd etmişlər:
" Peyğmbər (s) Əmir-əl Möminin Əli ibn Əbi Talibi (ə) Mədinə yaxınlığında yerləşən Nəcran məsihilərini İslam dininə dəvət etmək məqsədilə onların yanına göndərdi. Nəcran məsihilərinin böyük şəxsiyyətləri və osqofları Peyğəmbərin (s) sözlərini dinləmək üçün Mədinəyə gəldilər ki, Onun (s) haqq olduğuna əmin olduqları surətdə iman gətirsinlər. Allah Rəsulunun (s) hüzuruna gəldikdə O (s) belə buyurdu:
" Allah İncildə mənim gəlməyim barədə xəbər verib, belə isə peyğəmbərliyimə iman gətirin."
Onlar isə Peyğəmbərin (s) cavabında belə dedilər:
" Bu mövzu İncildə gəlməyib, sən isə peyğəmbər deyilsən!"
Bu an Cəbrail (ə) nazil olaraq "Ali İmran" surəsinin 61-ci ayəsini oxudu. Beləki, İslam peyğəmbəri (s) məsihiləri mübahiləyə səslədi. O Həzrət (s) mübahiləyə gələrkən Əli ibn Əbi Talibi (ə), Fatimə-Zəhranı (Allah ondan razı olsun), uşaqlardan isə, Həsən və Hüseyni (Allah o ikisindən razı olsun) bərabərində idi.
İslam peyğəmbəri (s) əlini duaya qaldırdıqda Allah od püskürən qara bir buludu yaxınlaşdırdı. Nəcran məsihiləri bu hadisədən qorxuya düşdü və O Həzrətdən (s) istədilər ki, onlara möhlət versin və öz qəbilələrini İslama dəvət etsin. İslamı qəbul etməyənlər isə " cizyə "[2] ödəsinlər. Peyğəmbər (s) onlarla razılaşdı[3]."
Daha geniş mənbələrə müraciət etmək istəsəniz bu ayənin təfsirində aşağıda qeyd edilmiş kitablara baxa bilərsiniz.[4]
2. Bəzi əhli-sünnə təfsirçiləri bu ayənin təfsirində Əhli-Beytin (ə) fəziləti barədə bir söz söyləməmişlər. Qurtubi belə yazır:
Cərir Müğeyrəyə dedi: " Nəcran hadisəsinin danışan bütün insanar Əli ibn Əbi Talibin də orda olduğunu deyirlər." Müğeyrə isə cavabında dedi: " Lakin Şöbi bunu nəql etməyib." Sonra sözünün davamında belə dedi : " Ancaq bilmirəm bunun səbəbi Üməyyə övladlarının Əli ibn Əbi Taliblə düşmənçiliyinə görə idi ya hədisdə bu yoxdur?"[5]
Əhli-sünnə alimləri Şiə alimləri kimi bu ayəni Hz. Əlinin (ə) Peyğəbərdən (s) birbaşa sonra xilafət haqqı olduğuna dəlil kimi istifadə etmirlər.
Hazırladı: KatiB
Yenivaxt.com
[1] Qarşılıqlı lənətləşmə
[2] Vergi növü
[3] Təbəri, Təfsir-i Təbəri, c.1, səh.227
[4] Kəşf-ül Əsrar və iddət-ül Əbrar, Əbülfəzl Meybədi, c.1, səh 144
Təsir-ul Munir və Hibət ibn Mustafa Rəhili, c.3, səh. 245,
Təfsiri Suri Abadi Əbu Bəkr Ətiq ibn Muhəmməd, c.1, səh. 289,
Şəvahid-ul Tənzil, Əbdullah ibn Əhməd Həskani, c. 1, səh 155,
əl-Came-ul Əhkam-ul Quran, Muhəmməd ibn Əhməd Qurtubi, c.4, səh 103,
əd-Dürr-ul Mənsur fi- təfsir-il Məsur, Cəlaləddin Siyuti, c.2, səh 38,
[5] əl-Came-ul Əhkam-ul Quran, Muhəmməd ibn Əhməd Qurtubi,c.3, səh 211,