Mübahilə günü və Mühərrəm təbliğ meydanıdır
" hər kəs Allahın haramını halal bilən, Allahla əhdi pozan bir hakim görərsə.... və öz rəftar və ya sözü ilə ona qarşı çıxmaqla onun işlərinə mane olaraq dəyişdirməzsə, layiqlidir ki, Allah onu həmin o hakimlə birgə məşhur etsin"

Mübahilə günü və Muhərrəm təbliğ meydanıdır
Mübahilə günü, İslam Peyğəmbəri (s) özünün ən əziz saydığı insanları səhnəyə gətirirdi. Bu hadisənin ən mühüm diqqəti daha da cəlb edən tərəfini isə [1]«و انفسنا و انفسكم» ( özümüzdən və özünüzdən ) ifadəsində görmək olar. Peyğəmbər (s) haqla batilin arasındakı açıq aydın şəkildə fərqin görünməsi üçün ən əziz insanları seçir və mübahisə səhnəsinə gətirir. O zamana kimi, Peyğəmbərin (s) din təbliği və haqqın bəyanı yolunda öz əzizlərinin, övladlarının, qızının və Əmir-əl Mömininin (ə) əlindən tutaraq meydana gətirməsi görülməmişdi. Bu istisna bir hal idi. Mübahilə günü də belə idi. Yəni, həqiqətin deyilməsi, onun çatdırılması onun nə qədər əhəmiyyətli olduğunun göstərir. Meydana gətirərək "Gəlin mübahilə edək! " deyə çağırır. Haqlı olanımız qalsın və haqqın əleyhinə olanımız isə İlahi əzabla məhv olsun!
Bu hadisə eynilə, lakin əməli bir şəkildə " Muhərrəm" də baş verdi. Beləki, İmam Hüseyn (ə) da həqiqətin bəyan edilməsi, tarix boyunca aydın olması üçün özünün ən əziz saydıqlarını gətirir meydanın ortasına. İmam Hüseyn (ə) bilirdi ki, hadisənin sonu necə bitəcək. Zeynəbi (ə) gətirdi, xanımlarını (ə) gətirdi, övladlarını gətirdi, əziz qardaşlarını gətirdi. Bu məsələ də, elə dinin təbliğ olunması məsələsidir. Sözün əsl mənasında təbliğ yəni, xəbərin çatdırlması, şəraitin aydınlaşdırlması. Təbliğ məsələsinin əsasının nə qədər əhəmiyyətə malik olduğunu, yalnız bu halda düşünmək olar. Xütbədə buyurduğu:
« من رأى سلطانا جائرا مستحلًّا لحرم اللَّه ناكثا لعهد اللَّه ... و لم يغيّر عليه بفعل و لا قول كان حقّا على اللَّه ان يدخله مدخله »
" hər kəs Allahın haramını halal bilən, Allahla əhdi pozan bir hakim görərsə.... və öz rəftar və ya sözü ilə ona qarşı çıxmaqla onun işlərinə mane olaraq dəyişdirməzsə, layiqlidir ki, Allah onu həmin o hakimlə birgə məşhur etsin"[2].
Yəni, o şəraiti pozmaqla, düzəni dağıdırsa mütləq şəkildə, rəftar və ya sözlə aydınlıq gətirililməlidir. İmam Hüseyn (ə) də olduqca çətin olan bir halda bu işi görürdü. Öz əhli-əyalını, ailəsini, əzizlərini, Əmir-əl Möminin övladlarını, Zeynəbi Kübranı bunları gətirir meydanın ortasına.
İslam İnqilabının Rəhbəri, Hz. Ayətullah Xameneinin ruhani və tələbə cəmindəki çıxışından, (13 dekabr, 2009)
Hazırladı : KatiB
yenivaxt.com
[1] Ali İmaran surəsi, 61-ci ayə
[2] Əbu Mixnəfin məqtəli, səh.85