Qəzəl

Qəzəl

Şikayət eylir Allaha,mələklər bəs qədər məndən.
Gecə rahatlığın həzzin alır dünya səhər məndən.

Gələr bir gün ölüm ani bu bimarın cıxar cani. 
Qalar yəqin ki, bir müddət yazılmış hər əsər məndən. 

Düçarəm öylə bir dərdə təbiblər də qalıb aciz, 
çəkən çəkdi, nola çəkmə İlahi sən nəzər məndən. 

Mənə güc ver ki, nəfsimlə cihad eylim gecə-gündüz, 
olum qurbanun ey kaş ki, zəfər səndən səfər məndən. 

Yubanma çox bu qədri tez sən ey dəşti kəbutər gəl, 
yazım məxsusi bir namə, yetir yarə xəbər məndən. 

Gələn şəxsin fəda olsun ayağın tozuna Baqi, 
rəva bil olsun ey Tari ona layiq nökər məndən.

 

       Əli BAQİ

       http://yenivaxt.com