Ramazanda

Ramazanda

Nazil eliyib Quranı Sübhan Ramazanda,
Zəncirdə olar, lənəti şeytan Ramazanda.

Sən səcdə elə, Xaliqə gəl bir üzü qoylu,
Dərgahi açıqdır sənə hər an Ramazanda.

İsdərsən əgər olsun aram, paklana ruhun,
Zikr eylə Xudanı, oxu Quran Ramazanda.

Sidq ilə əgər səslənib Allah deyən hər kəs,
Mütləq ki, tapar dərdinə - dərman Ramazanda.

Aləmləri xəlq eyliyən ol ali Xudadır,
Hər ləhzə odur dərdlərə dərman Ramazanda.

Ol  kim  deyərki həzrəti Abbas yada düşməz,
Olduqca susuz ləbləri ətşan Ramazanda.

Seyyid sənə fürsətdi  istə, dəma-dəm ondan,
Hacətləri eylər rəva, Sultan Ramazanda.

          
    Seyyid MirCabir 

http://yenivaxt.com