Rohinca müsəlmanları nifrət yaratdığı üçün Facebook-u şikayət ediblər

Rohinca müsəlmanları ABŞ-da nifrət yaymaq və etnik ixtilafları qızışdırmaq ittihamı ilə Facebook-u məhkəməyə veriblər.

Rohinca müsəlmanları nifrət yaratdığı üçün Facebook-u şikayət ediblər

"İQNA", "Frans 24"-ə istinadən xəbər verir ki, Facebook dəfələrlə insan haqları qrupları tərəfindən Buddistlərin Myanma müsəlmanlarına qarşı nifrətini dayandırmaq üçün kifayət qədər iş görməməkdə ittiham edilib.

Bu qruplar, etnik və dini azlıq qruplarına dəstək iddialarının əksinə olaraq, Facebook-un Myanmada nifrəti və zorakılığı aradan qaldırmaq üçün heç bir təsirli səy göstərmədiyini bildirirlər.

Bu hadisələr, Rohinca müsəlmanlarının soyqırımına və onların bir milyona yaxınının Banqladeşə deportasiyasına səbəb olub.

Rohinca təşkilatları, indi yanlış məlumat vermək, irqçi və zorakı düşüncəni təbliğ etdiyi üçün Facebook-u Kaliforniyada məhkəməyə verib. Rohinca müsəlmanları 150 milyard dollar təzminat tələb ediblər.

yenivaxt.com