Şeytanın rəqsi

Şeytanın rəqsi

 Dünya Salman Rüşdü kimilərini çox görüb. Amma, onun qarşısında duran İlahi şəxsiyyətləri də unutmamışdır. Dinimizə əl uzadan hər bir mənfur, istər-istəməz öz cəzasına çatacaqdır. Səid Nursinin dediyi kimi, “Bu kainatın hər bir zərrəsinə baxsan, bir- birilə sıx bağlanmış bir həlqəni müşahidə edəcəksən”.

  Bəli Şeytan dediyimiz məxluq haqqında çoxları xəyala qapılaraq öz – özlüyündə onu mövhumatlarla, puç xəyallarla təsəvvür etmişlər. Onunla illərcə dostluq quranların düşüncəsinə əsasən, o sadəcə bir mikrob və ya insanları qorxutmaq üçün fantastik xəyali bir varlıqdır. Bəli , hər şeyə ağılı əsas tutaraq dəlil gətirən mötəzilə də bəzən bu kimi düşüncələrin, cin, qəbir əzabına göz ucu kimi baxmışlar. Lakin, heç də belə deyil. Möcüzəvi Müqəddəs Kiataba, Allahın kəlamı olan Qurana baxsaq çox yaxşı başa düşərik ki, şeytan var olan, həqiqi bir varlıqdır. “ O, sizin açıq-aşkar düşməninizdir” deyə təkrar-təkrar insan övladına hey ayıq-sayıq olmağı tovsiyə edir. Həkim Yaradan bütün məxluqların sahibidi. Bəziləri isə, bu hissə qapılır ki, “şeytan bizə heç nə edə bilməz, biz Allahın əmrindəyik, elə isə amandayıq”deyərək yenə də, həqiqətdən göz örtərək, yan keçməyə çalışır. Axı haçana kimi ay insan özünü yatmışlığa vuracaqsan? Haçana kimi Şeytanla qol boyun olub xətrinə dəymək istəmədiyini dilinə gətirməyəcəksən? Haçana kimi, Allaha etdiyin təssəvvurləri dilə gətirəcək qədərində cürətin ola-ola  onun barəsində bircə kəlmə belə deməyəcəksən?

  “İnsan bilmədiyinə düşməndi”. Bu şüytanla əlbir olanlara çox yaxşı bir sübutdu. Onu tanıyırsansa, niyə onunla mübarizə apara bilmirsən? Bəlkə əlin qolun bağlanıb? Bəlkə məcbur olmusan qatlanmağa? Bəlkə hələ də “fürsət var, yaşayarıq görərik” deməklə ömür itirdiyin halda vaxt qazanmaq istəyirsən?

  Bəlkə “Mən öz şeytanımı müsəlman etdim” deyən əziz Peyğəmbərimizdən(s) örnək götürmüsən? Daha şeytanın təslim olub, əl çəkib səndən?

  Rəhbərimin yolundayam deyərək hələ də özünü şəkillərlə alladırsan. Bir dəfə olsun belə kitabına baxmadığın halda durub O şəxsiyyətin siyasətindən, mərcəiyyətindən, elmi məqamından danışırsan. Heç özünə bircə dəfə də olsun söyləmədinmi ki, “dinə xatir bir addım atım, təki dinim sağ olsun” deməyəcəkmisən. Niyə bu qədər şeytanın rəqsinə heyran olmusan? Əlində sandiviç tutaraq “tez bunu yeyim, işim var” deməkdən heç bezmədinmi? Allahın haramı var, halalı var, heç düşünmədinmi? Səhərisi gün məhərrəm ayı gəldikdə məsciddə oturarkən, ya da hər hansı bir mərsiyə, söhbətə qulaq asanda dərindən ah çəkərək yenidən öz həyatına dönməyəcəksənmi yoxsa?

  Bəs niyə şeytanın bu rəqsinə heyran qalmısan? Ayılmayaqmı deyirsən bu şirin yuxudan?

Hazırladı: KatiB

Yenivaxt.com