Şeyx Kuleyni

9 may İslamın ən böyük şəxsiyyətlərindən biri, Şeyx Kuleyninin (r) ildönümüdür.
“Siqətül –İslam “ ləqəbli və İslamın ən görkəmli alimlərindən sayılan Muhamməd ibn Yəqub ibn İshaq Kuleyni Razi h.qəməri 255- ci ildə Reyin Kuleyn kəndində anadan olmuşdur. Gənc yaşlarında Qum şəhərinə gələrək orada İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə)-dan bir başa dərs oxuyan alimlərdən “ hədis “ elmini öyrənmişdir. Bu uca məqamlı alim “ Ulduzların töküldüyü il" adlanan və İmam Zaman (ə.f)-in böyük qeybət dövrunun başlanğıcı sayılan hicri qəməri 329-cu ildə vəfat etmişdir. Onun (r) qəbri Bağdad şəhərindədir.
Şagirdlərindən : İbn Quləveyh, İbn Əbi Rafe Səymiri, Əhməd ibn Əhməd Katib Kufi, Əhməd ibn Əli ibn Səid Kufi, Əbu Ğalib Əhməd İbn Zirari, Əli İbn Muhəmməd ibn Musa Dəqqaq, Harun İbn Musa Tələkbəri
Əsərləri : Əl- Kafi, Ər-Rical, Ər-Rədd əla – Qəramitə, Rəsailül- Əimmə, Təbirür- Röya, şerlər toplusu və s.
“ Kəlam və Fəlsəfə “ heyəti adından başsağlığı veririk.
Hazırladı:Katib
Yenivaxt.com