Sirri qorumaq

Sirri qorumaq

Sirri qorumaq

 

İslam dini nəzərində bəyənilən xususiyyətlərdən biri də sir saxlamaq və onu yaymamaqdır. Sirri qorumaq, həm şəxsi və həmdə ictimai məsələlərə aid edilir.

Musəlman şəxs, həm gərək özünün və həm də başqalarının sirrini saxlamalı və eləcə də, nə öz sirrini, nə də digərlərinin sirrini açmamalıdır.

 

Sirri qorumaq önəmlidirmi?

 

Bu barədə məsumlarımızdan belə nəql olunur :

 

İmam Əli (ə.s) buyurmuşdur : " Sənin sirr saxlamağına, heç bir kəs irad tuta bilməz ".1

لا بَأسَ بأن لا يُعلَمَ سِرُّكَ 

İmam Sadiq (ə.s) buyurur : Sənin sinən, sirlərin üçün genişdir .2

 

صَدرُكَ أوسَعُ لِسِرِّكَ

 

Sirrin mahiyyəti

 

İmam Əli (ə.s) buyrur : Sirrin nişanəsi, onun gizli olmasındadır.3

 

مِلاكُ السِّـرِّ سَتْـرُهُ 

 

İmam Sadiq (ə.s) buyurmuşdur : Sənin sirrin, sənin qanının bir hissəsidir.4

 

سِرُّكَ مِن دَمِكَ

 

Sirri qoruyun!

 

İmam Əli (ə.s) kəlamlarından :

 

1.Gərək öz sirrini özün üçün qoruyub saxlayasan.5

 

اِنفَرِدْ بِسِرِّكَ

 

2.Öz sirlərini başqalarına deməkdən çəkin .6

 

كُن بِأسرارِكَ بَخيلاً

 

Sirrimizi kimlərə deyək ?

 

1.Dosta ;

 

İmam Sadiq (ə.s) buyurur : Dostuna ancaq o sirri de ki, əgər düşmənin ondan xəbəri olsa sənə ziyan vura bilməsin . Çünki dost, bəzən düşmənə çevrilir.7

 

لا تُطلِعْ صَدِيقَكَ مِن سِرِّكَ إلاّ على ما لَو أطلَعتَ علَيهِ عَدُوَّكَ لَم يَضُرَّكَ ، فإنَّ الصَّديقَ قد يكونُ عَدوّا يَوما ما

 

2.Etimadlı şəxsə ;

 

İmam Əli (ə.s) bel buyurur : Nəbadə öz sirrini etimad etdiyin şəxsdən başqasına deyəsən .8

 

لا تُودِعْ سِرَّكَ إلاّ عِندَ كُلِّ ثِقَةٍ 

 

3.Sirri saxlamağı bacaranlara ;

 

İmam Əli (ə.s) buyurur : Sir saxlayan insan, vəfalı və düzgün əmələ sahib insandır.9

 

كَاتِمُ السِّرِّ وَفِيٌّ أَمِين

 

Hansı şəxslərə gərək sirrimizi açmayaq ?

 

1.Əmanətdar olmayana ;

 

İmam Əli (ə.s) buyurur : Nəbadə öz sirrini əmanətdar olmayan bir şəxsə deyəsən.10

 

لا تُودِعَنَ سِرَّكَ مَن لا أمانَةَ لَهُ

 

2.Həyat yoldaşı və ixtiyarı əlində olan şəxsə;

 

İmam Əli (ə.s) buyurur : Nəbadə həyat yoldaşını və xadimini öz sirrindən agah edəsən.11

 

لا تطلع زوجك و عبدك على سرك

 

3.Nadana;

 

İmam Əli (ə.s) : Nadana gərək sirrini açmayasan.12

لا تُسِرَّ إلى الجاهِلِ

4.Qadına ;

 

5.Sözgəzdirən insanlara ;

 

6.Ağılsız birinə ;

 

İmam Əli (ə.s) : Sirrini üç nəfərə açma : qadına , xəbərçiyə və axmağa.13

 

ثلاثٌ لا يُستَودَعْنَ سِرّا: المَرأةُ، و النَّمّامُ ، و الأحمَقُ

 

7.Pis əməl sahibinə və hiyləgərə ;

 

İmam Əli (ə.s) buyumuşdur : Cahili heç zaman öz sirrindən agah etmə.14

 

لا تُسِرَّ إلى الجاهِلِ شيئا لا يُطِيقُ كِتمانَهُ

 

Sir saxlamağın faydaları İmam Əli (ə.s)-ın kəlamlarında :

 

1.Sirrini gizli saxlamaq şadlığına səbəb olar.15

 

سِرُّكَ سُرُورُكَ إن كَتَمتَهُ

 

2.Hər kəs sir saxlamağı bacardıqca qudrəti öz əlindədir.16

 

مَن كَتَمَ سِرَّهُ كانَتِ الخِيَرَةُ بيَدِهِ

 

3.Sirri qoruyub saxlamaq, düzgün düşüncənin yaranmasına səbəb olar.17

 

وَالرَّأْیُ بِتَحْصِینِ الاْسْرَارِ

 

Xatırlama :

 

a) Ən yaxşı sirr saxlayan insan ;

 

İmam Əli (ə.s) buyurmuşdur : Hər bir kəs, özü ən yaxşı sirr saxlayandı .18

 

المرء احفظ لسره

 

b) Müdrük şəxsin sirlərinin məkanı ;

 

İmam Əli (ə.s) buyurur : Müdrük şəxsin sinəsi onun sirlərinin sandığıdır.19

 

صَدْرُ الْعَاقِلِ صُنْدُوقُ سِرِّهِ

 

Diqqət !!!

 

İmam Sadiq (ə.s) buyurmuşdur : Sənin sirrin sənin qanının bir hissəsidir , nəbadə başqalarının damarlarında axa .20

 

 سِرُّكَ مِن دَمِكَ فلا يَجرِيَنَّ مِن غَيرِ أوداجِكَ 

1.Mizanul-hikmət,c.5

2.Mizanul-hikmət,c.5

3.Ğurərul-hikəm,c.1

4.Mizanul-hikmət,c.5

5.Ğurərul-hikəm,c.1

6.Ğurərul-hikəm,c.1

7.Mizanul-hikmət,c.5

8.Mizanul-hikmət,c.5

9.Ğurərul-hikəm,c.1

10.Ğurərul-hikəm,c.1

11.Ğurərul-hikəm,c.1

12.Ğurərul-hikəm,c.1

13.Ğurərul-hikəm,c.1

14.Mizanul-hikmət,c.5

15.Ğurərul-hikəm, c.1

16.Nəhçül-bəlağə, 164- cü hikmət

17.Ğurərul-hikəm, c.1

18. Nəhçül-bəlağə, 164- cü hikmət

19. Nəhçül-bəlağə, 164- cü hikmət

20. Mizanul-hikmət,c.5

Tərcümə etdi: Məryəm Vahabzadə

Redaktor: Katib

yenivaxt.com