Sönməz Günəş, Hz. Həmzə(ə)

İslamın dünyaya işıq saçdığı anda, dinin böyük şəxsiyyətlərinin xüsüsi rolu, tarix səhnəsində silinməz izlər qoymağı bacarmışlar. Belə şəxsiyyətlərdən biri də, əziz İslam Peyğəmbərimizin (s) əmisi Seyyid-şühədadır. Hicrətin 3- cü ilində Uhud döyüşündə şəhadətə çatmış, həzrəti Həmzə, Seyyüdüş–şühəda kimi məşhur olmuşdur.
yenivaxt saytı təqdim edir: Bu gün Həzrəti Həmzə (ə)-ın şəhadəti ilə əlaqədar, Beynəlxalq əl-Mustafa universitetinin təşkilatçılığı ilə, təşkil olunmuş əzadarlıq konfransında, İslamın unudulmaz şəxsiyyəti Hz. Həmzə (ə) barədə çəkilmiş “Çağrı” kino-filminin təhlili və İran universitetlərinin eləcə də, dini hövzələrinin müdiri cənab Ayətullah, professor Ərafi və tanınınmış kino-teatr kollecinin müəllimi Məsud Səflayi iştirak etmişlər.
Müxtəlif dillərə tərcümə olunmuş “Çağrı” filiminin Hz. Həmzəyə (ə) bağlı olan görüntüləri, cənab professor Məsud Səflayi tərəfindən təhlil edilmiş, konfransda tarixi hadisələrə toxunulmuş, ərəb cahiliyyət dövrünün içtimai, siyasi, sosial, tarixi aspektlərinin təsviri, xüsusi şəkildə ekrana yansıdıldığını qeyd etmişdir. Meksikalı aktyor, Entoni Kuin “ Hz. Həmzə “ rolunda iştirak etdiyini vurğulayan cənab professor, bu filmdə cəngavər, hami qəhrəman, mehriban, ərəb qövmləri arasında seçilmiş şəxs, xüsusi imicə malik kimi göstərilən Hz. Həmzənin (ə) müxtəlif nüanslarda bunlara toxunulduğu və diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırmışdır. İslam Peyğəmbərinin (s) hamisi kimi göstərilən filimdə çalışılmışdır ki, hz Həmzə (ə) həmişə, O Həzrətlə ( s) birgə ekrana gətirilsin. Cənab Məsud ata , himayəçi, rəhbər kimi müsəlmanlara arxa duran Həmzənin (ə) simasını, filmin əsas ekrana gətirmək istədiyi təsvirlərdən sayıldığını, bu kinoda, O həzrəti (ə) diqqətcil baxışlarla, xarici görkəmi, ətrafdakılara rəftarı, ciddi hərəkətləri ilə ən başlıca xüsusiyyətlərinin tanıdıldığını bildirmişdir.
Daha sonra, konfransda İran universitetlərinin və dini hövzələrin müdiri, cənab Ayətullah, professor Ərafi çıxış etmişdir. Allaha həmd- sənadan sonra, Peyğəmbər (s) və Onun pak Əhli–beytinin ( s) salam və salavatla yad edən Cənab Ərafi daha sonra hz. Həmzənin (ə) şəhadəti münasibəti ilə başsağlığı verdi. Konfransın təşkilinə atılmış addımların təqdirə layiq olduğunu qeyd etdikdən sonra hz. Həmzənin (ə) dini, ictimai, siyasi mövqeyindən danışan, Cənab professor bir çox tarixi hadisələrin təhrif edildiyini də vurğuladı. Tarixi prosesləri iki qismə: İslam Peyğəmbərindən (s) öncə və O həzrətdən sonrakı hadisələrə bölməklə, hz. Həmzənin tarix səhnəsindəki rolundan geniş söhbət açdı.
Tarix səhifəsində bir şox hadisələrin gizlin qalması və yaxud əsl həqiqətindən uzaq tutularaq yalan və uydurma məlumat xarakterli informasiyaların İslam cəmiyyətinə aşılanmasının tarix səhnəsində baş vermiş acı hadisələrin əsas mənbəsi olduğunu və hz. Həmzənin şəxsiyyətinin və Onun (ə) yaşayış tərzinin də bundan yan keçmədiyini nəzərə çatdıran cənab Ayətullah Ərafi bu şəxsiyyət, tarix səhnəsində göstərdiyi rəşadət, igidliyi barədə danışılıb, təhqiq edilməsinə ehtiyacın olduğunu vurğuladı. Belə ki, cənab professor tarixin doğru üzünün təhlili haqda bəhslərin heç də vəhdətlə ziddiyyəti olmadığını, əksinə məzhəblər arasında elmi danışıqların inkişafına xidmət etdiyini ciddi təkit etdi.
İslamın mənəvi – ictimai səhnədə çıxışının önəmli olduğunu və dinimizin dönə-dönə təkid etdiyi ağıl və təfəkkürdən sonra Quran və sünnəni əsl mənbə bilməsi aydın məsələ olduğu, hədis və nəql olunmuş xəbərlərin bizim əsl istinad mənbələrindən biri olduğunu, lakin İslamın ən öncül şəxsiyyətlərinin ləkələnməsi, onların əsl simasının göstərilməməsi məhz bu hədis yolu ilə, olduğunu vurğulayan cənab professor o həzrət barəsində deyilmiş xüsusiyyətlərə toxunaraq uca məqamından, əzəmətli şəhadətindən, hz. Hüseyn (s) və hz. Fatimə (s) kimi məsum şəxslərin Onun (ə) barəsində dediyi kəlamlarından, tarixin həlledici dönüş nöqtəsinin yaradıcısı və tarix səhnəsinin əsl gerçəkliyinin göstərici olduğundan söhbət açaraq, konfrans iştirakçılarını qürur verici İslam şəxsiyyəti haqda gözəl çıxışı ilə, məlumatlandırdı.
Hazırladı : KatiB