Söz qəzəli

Söz qəzəli

Kəlməni vəsf etmək üçün söyləmə məddahə söz,
Söz özün izah edib, yox ehtiyac izahə söz.

Sözdə  ağırlıq var amma görmədik bir cismini,
gər bu dünya cümlədirsə, bənzər olmuş mahə söz.

Eşqi-vüslət sözlər ilən xəlq edibdir rahını,
Turi-Sinadan ucalmış,üz tutub bir rahə söz.

Diqqət et, hər kəlmənin miqdarı çün bahəm degil,
həm tutar küfr ilə eyni, həm çəkər islahə söz.

Eşqdəndir mey içib, vüslət məqamın gözlərəm,
dadmaram vəslin şərabın, çıxmasa dərgahə söz.

Sözdə qüdrət görmək istərsən əgər kim, ey Əli,
söylə sən saətbəsaət ver elə Allaha  söz.

     Əli Mərdəkanlı

      Yenivaxt.com