Xalqa qarşı media savaşı qarşısında öz rolunuzu tapın

İslam İnqilabının Böyük Rəhbəri Əhli-Beyt(ə) məddahlarından bir qrupu ilə görüşdə vurğulayıblar ki, heyət bəyan cihadının mərkəzidir; özünüzün xalqa qarşı media savaşı qarşısında öz rolunuzu tapın.

Xalqa qarşı media savaşı qarşısında öz rolunuzu tapın

yenivaxt SəhərAzeri saytına istinadən xəbər verir: Həzrət Ayətullahul-uzma Xamenei bu gün Həzrət Zəhra (s.ə)-nın mövludunun ildönümü günündə bir qrup Əhli-Beyt (ə) məddahı ilə görüşdə Həzrət Siddiqeyi Kübra (s.ə)-nın şəxsiyyətinin bəzi yüksək cəhətlərinə işarə ilə buyurublar: Mübahilə məsələsində nahaq cəbhə ilə üzləşmədə yüksə mövqe,minnətsiz xidmət, Allah üçün iş və pakığın yeri, o həzrətin misilsiz özəlliklərindəndir və Qurani-Kərimdə açıq şəkildə onlara işarə edilibdir.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Allahın lütfü ilə İslam İnqilabının qələbəsindən sonra İran camiəsi Fatimi olub və ötən 43 ildə Fatimi hərəkətini müqəddəs müdafiə dövründə, elmi hərəkət və Fəxrizadə kimi nüvə şəhidlərinin, böyük alim mərhum Kazım Aştiyaninin minnətsiz xidmətləri dövründə və sel və zəlzələ kimi təbii hadisələrdə dəfələrlə görmüşük.

O həzrət vurğulayıblar ki, Həzrət Fatimeyi Zəhra(s.ə.) bütün cəhətlərdə, xüsüsən inqilabi və ictimai hərəkətlərdə nümunə və meyar olmalıdır.

Həzrət Ayətullahuluzma Xamenei sonra belə qeyd ediblər: Düşmənin iqtisadi təzyiq yaratmaqla xalqı islami quruluşun qarşısında qoymağa çalışdığı bir şəraitdə xalqa ictimai xidmətlər dəyərli bir cihaddır.

O həzrət düşmənlərin iri maliyyə və təhlükəsizlik dəstəkləri, minlərlə media və incəsənət mütəxəssisindən isitfadə ilə xalqın iman və inamlarını pozmaq və ümumi fikri dəyişmək üçün İran xalqına qarşı geniş hərəkətlərinə işarə ilə ən mühüm cihad meydanını bəyan və ziyalandırma adlandırıb və vurğulayıblar ki, bu şeytani hərəkətin qarşısında heyətlər özlərindən soruşmalıdırlar ki, haqq və nahaqq cəbhələrinin amansız savaşında və yalan və həqiqət rəvayətlərin qarşıdurmasında harada yerləşirlər və inqilabın əsasları və amallarını yayırlar?

Həzrət Ayətullahuluzma Xamenei məddahların müqəddəs müdafiə dövründə, həmçinin 88 fitnəsindəki yaxşı imtahanları və rol oynamalarına işarə ilə deyiblər: Məddahlar sözün əsl mənasında mübariz və şəhidlər yetişdirdilər və İran İslam Respublikası ilə düşmən arasındakı mədəniyyət və media müharibəsində inqilabçı məddahaların uca səsləri təsirli oldu və bu gün də bu uca səs geniş düşmən cəbhəsilə mübarizədə kəsərli olmalıdır.